Bu gün:

Rusiya Silahlı Qüvvələri düşmənin beş hücumunu dəf edib


Rusiya Silahlı Qüvvələri düşmənin beş hücumunu dəf edib.
Qrupun mətbuat mərkəzinin yüksək rütbəli zabiti Yaroslav Yakimkin bildirib ki, Şimal qüvvələr qrupunun bölmələri gün ərzində Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Kraken Baş Kəşfiyyat İdarəsinin qüvvələrinin beş hücumunu dəf edib.

“Biz Ukrayna Silahlı Qüvvələrinin 57-ci mexanikləşdirilmiş, 92-ci hücum briqadalarının, “Vostok” xüsusi əməliyyat qüvvələrinin və Ukraynanın Kraken Baş Kəşfiyyat İdarəsinin birləşmələrinin beş hücumunu dəf etdik”, - o deyib.

Onun sözlərinə görə, qrupun bölmələri üç Ukrayna briqadasının canlı qüvvəsini və texnikasını darmadağın edib. Cəmi bir gündə düşmən 255-ə qədər hərbçisini, 6 pikapını, “Akasiya” özüyeriyən silahını və “Enklav-N” elektron döyüş stansiyasını itirib.

Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et