Seulun kəşfiyyat agentliyi BBC-yə təsdiqləyib ki, Kubada məskunlaşan yüksək profilli Şimali Koreya diplomatı cənuba qaçıb.

Siyasi məsləhətçinin 2016-cı ildən Cənubi Koreyaya qaçan ən yüksək vəzifəli Şimali Koreya diplomatı olduğu güman edilir.
Milli Kəşfiyyat Xidməti (NIS) bildirib ki, diplomat noyabr ayında ölkədən qaçıb.
Şimali Koreyalıların qaçqınları ilə bağlı təfərrüatların üzə çıxması çox vaxt aylar çəkir, çünki defektorlar rəsmi inteqrasiya olunmazdan əvvəl Cənubi Koreya cəmiyyətinə dair kurslar almalıdırlar.
Cənubi Koreya mətbuatı xəbər verir ki, defektor Şimali Koreyanın Kubadakı səfirliyində siyasi məsələlərdən məsul müşavir olub. NIS BBC-yə bunu təsdiqləməyib.
“Çosun İlbo” qəzeti 52 yaşlı Ri İl Kyu kimi tanıdığı diplomatdan müsahibə ala bildiyini bildirib. Əlavə edilib ki, o, “Şimali Koreya rejimindən məyusluq və qaranlıq gələcəyə” görə ölkəni tərk edib.
Mənbə: bbc.com
Tərcümə etdi: Nəzri Süleymanova
