Bu gün:

Planetlərin adlarının mənşəli nədir?


Çılpaq gözlə asanlıqla fərq edilə bilən göy cisimləri qədim zamanlardan məlumdur. Bu göy cisimlərinin adları daha çox latın, yunan və ərəb mənşəlidir.

Teleskop ixtira edildikdən sonra bir çox göy cisimləri kəşf edildi və bu göy cisimlərinin necə adlandırılacağı mübahisə mövzusu oldu. Bu gün səma cisimlərinin adlandırılmasına icazə verən orqan Beynəlxalq Astronomiya İttifaqına (IAU) məxsusdur.

Günəş sistemindəki planetlər, onların peykləri və cırtdan planetlər adlarını daha çox mifoloji personajlardan götürürlər.

Gəlin planetlərin adlarının haradan gəldiyinə baxaq.

VENERA
Venera səmada ən gözəl və parlaq planet və ya ulduz olduğu üçün qədim Roma məhəbbət ilahəsinin şərəfinə adlandırılmışdır. Bundan əlavə, bir çox başqa sivilizasiyalarda öz adını həmin sivilizasiyanın sevgi və ya müharibə tanrısından alır.

MARS
Marsın qırmızı rəngi qana bənzədiyi üçün qədim Roma döyüş tanrısının şərəfinə adlandırılmışdır. Eyni şəkildə, digər sivilizasiyalar bu planeti adlandırmaq üçün qırmızı rəngdən istifadə etdilər. Ərəbcə ona “Merih” də deyirlər.

YUPİTER
Bir çox sivilizasiyalar Yupiteri ölçüsünə və kütləsinə görə adlandırıblar. Onu qədim Yunanıstanda Zevs, qədim Romada isə Yupiter adlandırırdılar. Bunun səbəbi hər ikisinin öz mifologiyasında ən güclü və ən böyük kimi tanınmasıdır.

SATURN
Saturn adi gözlə görünən ən uzaq planet olduğundan bir çox sivilizasiyalar tərəfindən kəşf edilmiş və müxtəlif adlar almışdır. Ancaq bu gün istifadə edilən adı zamanla səyahət edə bilən Kronosdan gəlir. Qədim Romada Kronosun adı Saturn idi.

URAN
Yunan mifologiyasında o, Cənnət Tanrısı kimi tanınır. O, ən qədim tanınmış ali tanrılardan biridir. Uranın rəngləri bizə Yerimizin səmasının rənglərini xatırlatdığı üçün o, “kosmik gücə” malik olduğuna inanılan Uran Tanrısının adını daşıyır.

NEPTUN
Mavi görünüşünə görə, qədim Roma su və dəniz tanrısı Neptunun şərəfinə adlandırılmışdır.

MERKURİ
Merkuri adı qədim Roma səyahət tanrısından gəlir. Merkuri bu adı almışdır, çünki o, Günəş ətrafında orbitini ən tez tamamlayan planetdir. 1 Merkuri ili 180 Yer gününə bərabərdir.

DÜNYA
Dünya sözünün etimoloji kökləri fars dilində donyâ və ərəbcə dunyā sözlərindən ibarətdir. Orijinalı ərəbcədir; Lakin o, təkcə fars və türk dillərində deyil, həm də Dari, Puştu, Benqal, Pəncab, İordaniya, Hind, Yunan, Kürd, Aramey və hətta Malayziya, İndoneziya və Nepal dillərində də bu şəkildə işlənir. İslam dininə görə bir çox dini inanclarda olduğu kimi insanın iki həyatı var. Biri ölməzdən əvvəlki həyatdır, yəni indi yaşadığımız həyatdır. Digəri isə ölümdən sonrakı həyatdır. İndi yaşadığımız həyat bizə daha yaxındır. Buna görə də o, ərəbcə “daha yaxın” və ya “dünya” kimi “aşağı” mənasını verən “dena” felindən yaranmışdır. Söz ərəb kökündən gəlir.

Mənbə: bilimup.com
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et