Bu gün:

Korsakoff sindromu


Wernicke Korsakoff Sindromu, filmlərin mövzusu olan və fərqində olmasaq da, hamımızın bir az təsəvvürümüz olan bir xəstəlikdir. Bu sindromda xəstələr faciəvi yaddaş itkiləri yaşayırlar. O qədər ki, xəstələr unutduqları şeyləri belə unudurlar.

Bu yaddaş itkilərinin iki növü var: yeni xatirələri və hadisələri uzunmüddətli yaddaşa köçürə bilməmək, keçmiş xatirələri xatırlaya bilməmək. Uzun müddətli spirt istifadəsi və ya dializ, həzm sistemi şişləri, aclıq aksiyaları kimi qidalanma və udma pozğunluqları səbəbindən inkişaf edir. Xəstələrdə normal beyin funksiyası üçün mühüm rol oynayan B₁ vitamini kimi tanınan tiamin çatışmazlığı olur.

Tiaminin əhəmiyyətini anladığımız bəzi araşdırmalarda müəyyən edilib ki, xəstəxanaya yerləşdirildikdən sonra palatada venadaxili qidalarla qidalanan xəstələrdə bir müddət sonra mənasız danışma və yaddaş itkisi müşahidə edilib. Həkimlərin diaqnozu ilə bu xəstələrə tiamin əlavəsinə başlanılıb, xəstələrin simptomları qısa müddətdə keçib və vəziyyətləri Korsakoff sindromuna keçmədən evə buraxılıblar.

Tiaminin rol aldığı başqa bir səhnə ölüm oruclarıdır. Tarixdə 1996 və 2000-ci illərdə iki fərqli ölüm orucu olub. Bu orucların əsas fərqi Tiamin istifadəsidir. 1996-cı ildə ölüm orucuna başlayan insanlar tez bir zamanda yalnız maye içərək fiziki və əqli pozulmalarla qarşılaşıblar. Aclıq aksiyasından sonra bir çox xəstələrdə Wenicke Korsakoff sindromu yaranıb və ölümlər 60 gün sonra başlayıb. Bu orucdan əldə edilən təcrübələrə əsasən, 2000-ci ildə oruc tutmağa başlayan insanlar Tiamin əlavələri də qəbul ediblər. Beləliklə, 1996-cı ildəki ölüm orucunda olduğu kimi, 60-cı illərdə də ölüm baş verməsə də, bu müddət 200 günə qədər uzanıb.

Korsakoff xəstəliyindən əziyyət çəkən xəstələrdə də beyinlərində Mamillar bədənləri zədələnir və beyinlərinin ön hissəsindəki örtükdə büzüşmə müşahidə olunur. Bu nahiyələrin zədələnməsi beynin yaddaş mərkəzinin əlaqələrini kəsir və yaddaş itkisi ilə nəticələnir. Bu yaddaş itkisi ilə demans və ya Alzheimer xəstəliyindən fərqi insanın kim olduğunun fərqində olması və düşüncə kimi xüsusiyyətlərin qorunub saxlanmasıdır.

Korsakoff sindromunun bir insanın həyatını necə çətinləşdirdiyinə bir misal verək. Korsakoff xəstəliyi olan bir xəstə ilə qarşılaşdığınız zaman, beş dəqiqə ərzində bir dəfədən çox görüşməli olacaqsınız. Çünki bu xəstələr yeni məlumatları yaddaşlarında bir neçə dəqiqədən artıq saxlaya bilmirlər.

Sizinlə görüşdükdən sonra “bizim burada nə işimiz var?” kimi sual verə bilərlər. Oraya niyə gəldiklərini də unudublar. Onlardan hansı mövsüm olduğunu soruşsanız, pəncərədən çölə baxaraq və ya təqvim axtararaq öyrənməyə çalışa bilərlər. Korsakoff xəstələrinin şüurunda yaddaş itkisi başlamazdan əvvəlki həyatları çox aydındır. Hətta deyə bilərik ki, həmin il onlar üçün vaxt dayanıb. Onlar yeni xatirələr əldə edə bilmirlər. Görünən odur ki, altmış yaşlarında olan bir bəydən zahiri görkəmindən, yaşından soruşsanız, o, sizə on doqquz yaşında olduğunu və 1978-ci il olduğunu deyə bilər.

Mənbə: BilimUP

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et