Belarus prezidenti Aleksandr Lukaşenko cənub əməliyyat bölgəsində hərbi təhlükəsizliklə bağlı müşavirədə Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bildirib.
"Biz müəyyən işlər gördükdən sonra ukraynalılar öz silahlı qüvvələrini və sərhədimiz boyunca yerləşdirdikləri əlavə qoşunları geri çəkdilər. Ümumiyyətlə, Belarus-Ukrayna sərhədi zonasından geri çəkildilər. İndi bizim ərazidə heç bir qüvvəmiz yoxdur. ukraynalılarla problemlər var və ümid edirəm ki, bizdə problem olmayacaq”, - deyə prezident BELTA xəbər agentliyindən sitat gətirib.
Lukaşenko Ukrayna sərhədində yerləşdirilən əlavə qüvvələrin geri çəkilməsini əmr edib
"Bizim qoşunlarımızı da sərhəddən geri çəkmək lazımdır. Biz döyüşmək fikrində deyilik və ordunun sayınş artırmayacağıq."– Belarus lideri bildirib.
Lukaşenko Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Vadim Denisenkoya bildirib ki, o, rotasiya əsasında sərhədin möhkəmləndirilməsinə cəlb olunan qoşunların yerləşdiyi yerləri dəqiqləşdirməlidir.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova