Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün mübarizə aparan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında mitinqində baş verən atışmadan sonra hadisə yerindən təxliyə edilib.
Tramp tərəfdarları qarşısında nitqini silah səslərinə görə yarımçıq kəsib. Videogörüntülərdən görünür ki, Tramp atışmadan sonra qulağını əli ilə tutub yerə uzanıb.
Sonra o, ABŞ Məxfi Xidmətinin üzvlərinin əhatəsində ayağa qalxaraq əlini ilə yumurq jestini göstərdi, izdiham bu jeste sevincli qışqırıqlarla reaksiya verib. Daha sonra Məxfi Xidmət əməkdaşları onu maşına mindirərək hadisə yerindən təxliyə ediblər. Onun sağ qulağı qan içində idi.
ABŞ-ın Pensilvaniya ştatında Respublikaçı Donald Trampın mitinqində baş verən atışma zamanı azı bir nəfər ölüb, silahlı hücumda şübhəli bilinən şəxs isə zərərsizləşdirilib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova