Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmağa hazırlaşır.
"İndi ŞƏT-də müşahidəçi statusuna malik olan Türkiyə təşkilatın tamhüquqlu üzvü olmağı hədəfləyir. O, Şanxay beşliyinə qoşulmalıdır", - "TRT Haber" telekanalında yayımlanan mətbuat konfransında deyib.
Ərdoğan əlavə edib ki, o, artıq Rusiya və Çin liderləri ilə məsələni müzakirə edib.
Türkiyə prezidenti iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT sammitində iştirak edib. Görüşün yekunlarına görə o, təşkilat çərçivəsində Rusiya və Çinlə münasibətləri inkişaf etdirmək planlarını açıqlayıb.
Daha əvvəl ŞƏT-in baş katibi Zhang Minq bildirmişdi ki, Türkiyə hətta NATO-ya üzv olmasına baxmayaraq, təşkilatın digər dövlətlərə qarşı yönəlməyən fəaliyyətində fəal iştirak edir. Zhang Mingin sözlərinə görə, Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyət Şanxay ruhuna uyğun olaraq təşkilatın nizamnaməsində təsbit olunmuş prinsiplərə əsaslanır.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
