Bu gün:

ABŞ və Avropa Rusiya və Çinin global gücünü tanımaq istəmir


ABŞ və Avropanın siyasi liderləri Rusiya və Çinin qlobal miqyasda yeni trend müəyyən edənlər olduğunu dərk etmək istəmir. ABŞ Atlantika Şurasının Skovkroft Strategiya Təşəbbüsünün direktoru Endryu Miçta "Politika"-ya bildirib.
Qərbdəki siyasi qurumlar, görünür, qloballaşmanın köhnə yaxşı günlərinin keçmişdə qaldığına inamsızlıqlarını aradan qaldıra bilmirlər. O, ABŞ və Avropada bir çoxlarının "üfüqdə toplanacaq fırtına haqqında ictimaiyyətə birbaşa danışmaq əvəzinə, hələ də Soyuq Müharibədən sonrakı "qaydalara əsaslanan beynəlxalq nizam" hekayəsindən yapışdıqlarını" düşünür.


Miçtanın sözlərinə görə, beynəlxalq münasibətlər "tarixin qəfil sürətləndiyi və qərarların dünyanı yeni məcraya yönəltdiyi" nadir məqamla üz-üzədir. “Bu gün ABŞ və müttəfiqləri strateji seçimlərin bir nəsil üçün tarixin gedişatını təyin edəcəyi oxşar anla üzləşirlər”, - rəydə deyilir. Ekspert xəbərdarlıq edib ki, əks halda onlar genişmiqyaslı qlobal münaqişəyə düşmək riski ilə üzləşəcəklər.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et