Bu gün:

Hindistan və Rusiya qlobal çiçəklənmə üçün çiyin-çiyinə çalışırlar


Narendra Modi XXII Hindistan-Rusiya sammitində iştirak etmək üçün bazar ertəsi Moskvaya gəlib.

Hindistanın baş naziri Narendra Modi Moskvada hind icması ilə görüşdə bildirib ki, Rusiya və Hindistan qlobal tərəqqi üçün birgə çalışırlar.

“Mən çox şadam ki, Hindistan və Rusiya qlobal rifaha yeni təkan vermək üçün çiyin-çiyinə çalışırlar. “Burada iştirak edən hər kəs Hindistan-Rusiya münasibətlərini yeni zirvəyə qalxmasına xidmət edir”.

Baş nazir XXII Hindistan-Rusiya sammitində iştirak etmək üçün bazar ertəsi Moskvaya gəlib. Uçuşdan əvvəl Modi Rusiya prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini və onu dost hesab etdiyini bildirib. Hindistan rəsmisinin sözlərinə görə, Hindistan və Rusiya arasında xüsusi imtiyazlı strateji tərəfdaşlıq son 10 ildə enerji, təhlükəsizlik, ticarət, investisiya, səhiyyə, təhsil, mədəniyyət, turizm kimi sahələrdə inkişaf edib. O, həmçinin bildirib ki, Hindistan və Rusiyanın regionda sülh və sabitliyin dəstəklənməsində rolu var.

Bazar ertəsi axşam Rusiya və Hindistan liderləri Moskvadan kənarda Novo-Oqaryovoda qeyri-rəsmi görüş keçiriblər. Çərşənbə axşamı iki ölkənin nümayəndə heyətlərinin rəsmi danışıqları planlaşdırılıb.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et