Bu gün:

İslahatçı Məsud Pezeşkian İranın prezidenti seçilib


İslahatçı Məsud Pezeşkian sərt mühafizəkar rəqibi Səid Cəliliyə qalib gələrək İranın yeni prezidenti seçilib.


Sayılan 30 milyondan çox səsin 53,3 faizini qazandıqdan sonra səs doktor Pezeşkianın lehinə elan edilib. Cənab Cəlili 44,3% səs toplayıb.

İyunun 28-də keçirilən seçkinin ilk turunda heç bir namizədin səs çoxluğu əldə etməməsindən sonra ikinci tur keçirildi .

Seçkilər İranın əvvəlki prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından və daha yeddi nəfərin də həlak olmasından sonra təyin edilib.

Çin, Hindistan və Rusiya liderləri doktor Pezeşkianı qələbə münasibətilə təbrik ediblər.

Mənbə: BBC.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et