“24media.az” xəbər verir ki, Ermənistan-ABŞ Qartal Tərəfdaş 2024 hərbi təlimi iyulun 15-dən 24-dək Ermənistanda keçiriləcək, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Təlimdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı briqadası və ABŞ-ın Avropa və Afrika Ordusu ilə Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcəyi bildirilib.
Təlimlərin keçirilməsində məqsəd bölmələrin qarşılıqlı fəaliyyətini artırmaq, taktiki rabitə sahəsində yeni təcrübələri bölüşməkdir.
Gülnisə Əfkari
