Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov bildirib ki, Rusiya Ukraynanın azad edilmiş ərazilərində ABŞ-ın proqramlarına son qoyduqdan sonra Pentaqon Afrikadakı hərbi-bioloji mövcudluğunu sürətlə genişləndirir.
"Ukraynanın azad edilmiş ərazilərində hərbi-bioloji proqramların həyata keçirilməsinin qarşısını ala bildiyimiz üçün Pentaqon Ukraynada başa çatdıra bilmədiyi tədqiqat layihələrini başqa ölkələrə köçürmək məcburiyyətində qalır. Hazırda Afrika ABŞ-ın artan maraqları zonasındadır. " – İqor Kirillov
Kirillovun sözlərinə görə, Afrikada - Konqo Demokratik Respublikası, Kamerun, Sierra-Leone, Uqanda və Cənubi Afrikada tədqiqat proqramları Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) və Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Bununla belə, üçüncü tərəf podratçılar (20-dən çox şirkət, eləcə də Big Pharma firmaları) bu tədqiqatın real məqsədlərini gizlətmək üçün bu proqramla məşğul olurlar.
Kirillov afrikalı tərəfdaşlarına ABŞ-la hərbi-bioloji əməkdaşlığa qarşı xəbərdarlıq edib. "Təcrübədən göründüyü kimi belə əməkdaşlıq biotəhlükəsizlik sahəsində milli suverenliyin itirilməsi və xəstəlik vəziyyətinin pisləşməsi ilə nəticələnir. Buna misal olaraq sarı qızdırma, meymun çiçəyi və Rift Vadisi qızdırması kimi infeksiyaları göstərmək olar. Qahirədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-bioloji laboratoriyasının yerləşdiyi yerdə xəstəliklər qeydə alınıb” deyən Kirilliv təkcə 2013-cü ildə 170 min insanın sarı qızdırma xəstəliyinə tutulduğunu və onlardan 60 min nəfərinin dünyasını dəyişdiyini bildirib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
