Bu gün:

Bayden Trampın təbliğat kompaniyası ilə mübarizə apara bilmir


Bayden administrasiyası Respublikaçı Donald Trampın sosial medianı zəbt edən viral videoları ilə necə rəqabət aparmağın yollarını axtarır.

Facebook-un həmtəsisçisi Dustin Moskovitz və LinkedIn qurucusu Reed Hoffman kimi texnologiya nəhəngləri tərəfindən dəstəklənən Palo-Alto mərkəzli SuperPAC Tramp və müttəfiqlərinin şaquli video platformalarında üstünlük təşkil etməsi üçün ən azı 10 milyon dollar sərf edib.

TikTok və Instagram kimi bir çox məşhur sosial media platformaları qısa, şaquli formatlı videoları ilə məşhurdur. Milyonlarla amerikalıya təsir göstərən bu sosial şəbəkələr Tramp üçün əsl təbliğat maşınıdır.


Sosial mediadakı döyüş Bayden və Trump arasındakı yarışda əsas təsir edici olacaq. Sorğular da məhz bunu deməyə əsas verir. Sadəcə iki populyar namizəd var.

Bayden kampaniyası rəsmi olaraq TikTok platformasına qoşulduğu fevral ayından bəri 200 dəfədən çox video yerləşdirib və 380.000-dən bir qədər çox izlənmə toplayıb.

Tramp isə  təxminən iki həftə əvvəl TikTok-a qoşulub, lakin artıq 6,4 milyon izləyici toplayıb.

Mənbə: Reuters

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et