Bu gün:

Sosial media təhlükəsizliyi - Kənan Əzizli ilə “1 sual, 1 cavab”


24media.az-ın budəfəki müsahibi sosial media mütəxəssisi Kənan Əzizlidir. 

-Sosial şəbəkələrdə təhlükəsizliyin təminatı necə tənzimlənir?


-Ümumilikdə, "Facebook", "Instagram", "Twitter" kimi platformalarda hesabı qorumaya almaq, demək olar ki, eyni məntiqlə işləyir. Hesabın təhlükəsizliyini təmin etmək onun yaradıldığı məqamdan başlayır. Belə ki, hesabı aktivləşdirdikdən sonra onun təhlükəsizliyini təmin etmək üçün iki faktorlu təsdiqləmə, "gmail" və xüsusi kilid funksiyalarından istifadə etmək mümkündür.  Sosial şəbəkələrdə təhlükəsizliyi təmin etmək çox sadə olsa da, bu yaşadığımız ölkədəki mühitə görə də  dəyişə bilir. Azərbaycanda hesabların qırılması sıravi vətəndaşlar arasında rast gəlinsə də, jurnalistlərin, siyasi müxalif fəalların hesabları kiber hücumçuların hücumlarına məruz qalması halları daha çox rast gəlinir, yəni bizə daxil olan müraciətlərin əksəriyyəti bu yöndədir. Bizə hesabların kiber hücuma məruz qalması ilə bağlı müraciət edənlərin çoxunda hesab qorunması nömrəyə bağlı olur. Hesaba giriş etməyə çalışanlar da həmin hesabın güvənliyini daha rahat şəkildə qıra bilirlər. Məhz buna görə də, nömrə metodu məsləhət görülmür. Çünki rəqəmlərdən ibarət kodlar adətən 6 rəqəmli olur, mobil nömrəyə gəlir və bizə aydın olmayan şəkildə kiber hücumçular tərəfindən çox rahatlıqla əldə edilə bilir. Burada mobil operatorlar birbaşa məsuliyyət daşıyırlar. Təəsüflər olsun ki, mobil operatorlar da bəzən kibercinayətkarlığın həyata keçməsində birbaşa iştirak edir. Hesabların qorunmasını yerli mobil nömrələrə yox, xüsusi qorunması aktivləşdirilmiş "e-mail" və ya başqa ölkə nömrələrinə bağlamaq məsləhət görülür və bunun üçün xaric də yaşayan dost, yaxud tanışlarımızın yardımıyla etmək mümkündür. Amma bir daha təkrarlayım ki, hesabı açanda istifadə etdiyimiz "gmail" hesabının tam təhlükəsizliyini təmin etməliyik. "Android", "Apple" istifadəçiləri "Play Store", "AppStore" kimi tətbiq marketlərindən "DuoMobile" kimi ikiaddımlı doğrulama tətbiqlərini yükləyib istifadə edə bilərlər. Bunlardan hazırda ən istifadəyə yararlı olanlar isə "Google Authenticator" və "DUOMobile" hesab edilir. "Gmail" hesabı tam təhlükəsizliyə aldıqdan sonra isə bu hesabdan istifadəni məsləhət görürəm. Hər bir sosial medianın özünə aid kilid cihazları vardır.


Aydan Qasımova

Paylaş
Şərh əlavə et