2024-cü il seçki anketlərində üstünlüyə malik olan Donald Trampı dəstəkləyən beyin mərkəzləri Trampın seçiləcəyi təqdirdə ölkəni mühafizəkar edəcək 2025-ci il planlarını hazırlayıb. Bəs 2025-ci ildə reallaşacaq layihə nəyi dəyişəcək?
ABŞ Trampın ikinci prezidentlik müddətinə hazırlaşarkən, mühafizəkar beyin mərkəzlərinin ölkənin gələcəyi ilə bağlı fərqli planları var. Tramp tərəfdarı Heritage Foundationun başçılıq etdiyi 70-ə yaxın beyin mərkəzi, seçkilərdə qalib gəlməyin vacib hesab etdikləri dəyərləri qorumaq üçün kifayət etmədiyini düşünərək 180 günlük “keçid planı” hazırlayıb.
Səhvlər təkrar edilməyəcək
Mühafizəkar qrupların fikrincə, respublikaçılar Trampın ilk dövründə ehtiyatsız qalıblar. Trampın kabineti onun kimi daha ifrat siyasət yürüdən insanlardan çox, Mike Pence və Mike Pompeo kimi quruluşa yaxın mərkəzçi siyasətçilərdən ibarət idi. Bu, Trampın səlahiyyət müddəti ərzində dəfələrlə problem kimi gündəmə gəlib. Tramp demək olar ki, hər ay kabinetində dəyişiklik etməli olub. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Jim Jeffrey hətta "Biz qoşunların Suriyadan çıxarılması ilə bağlı Trampa yalan danışdıq" dedi .
Bu səbəbdən də təkcə Trampın kabinetində deyil, ABŞ-nin bütün federal qurumlarında da Trampla işləməyə intellektual cəhətdən uyğun insanların olması arzu edilir. Bu dəyişiklik çılğınlığı həm Trampın təyinatları, həm də mülki sahədə bəzi təşəbbüslərlə reallaşacaq.
Məlumdur ki, adətən dörd minə yaxın federal vəzifəli şəxs seçilmiş siyasi partiya tərəfindən təyin edilir. Ancaq "Layihə 2025" qüvvəyə minərsə, bu rəqəm on minlərlə ola bilər .
Nə dəyişəcək?
"Layihə 2025"in dəyişiklik siyahısında kadrlardan əlavə bəzi ideoloji gedişlər də var. ABŞ-də işə qəbulda ləyaqət əvəzinə "irq və cinsiyyət əsasında seçimə aparan liberal ədalət qaydaları" ləğv ediləcək. Kəşfiyyat və Pentaqonun "irqi və gender müxtəlifliyi proqramları" qadağan ediləcək. Dəyişikliklər xüsusilə Obama və Bayden dövründə tətbiq edilən "LGBTİ tərəfdarı" qaydalarında ediləcək. Ailə anlayışı yenidən ABŞ-nin mərkəzində olacaq. Küçələrdə “asayişi qorumaq” üçün masa arxasında işləyən, lakin polislik bacarığına malik olan məmurlar yenidən sahəyə göndəriləcək və yerləri təyin olunacaq.
Məlumdur ki, layihənin arxasında duran beyin mərkəzi olan Heritage Foundation Ronald Reagan dövründə də eyni şeyi hazırlamışdı. İrs Fondunun məlumatına görə, Reyqan idarəçiliyinin ilk ilində eyni adla nəşr edilmiş təlimatın 60 faizini həyata keçirə bilib. Min səhifədən ibarət "Layihə 2025"in məlumat kitabçasında, demək olar ki, hər bir dövlət qurumu üçün “kadr və ideoloji yol xəritəsi” var.
Mənbə: cumhuriyyet.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova