Bu gün:

ABŞ və Ermənistan hərbi əlaqələri genişləndirir


Ermənistan-ABŞ Strateji Dialoq üzrə Capstone görüşünün yekunlarına dair birgə bəyanata əsasən Vaşinqton Ermənistanın müdafiə sənayesi və hüquq-mühafizə sistemində islahatlara dəstək vəd etmək ilə Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək.

“Capstone görüşünün iştirakçıları ABŞ-ın Ermənistanın müdafiə transformasiyası və hüquq-mühafizə orqanlarının inkişafı təşəbbüslərinə göstərdiyi yardımın mühüm rolunu etiraf etdiblər. Birləşmiş Ştatlar bu yardımı ABŞ-ın məsləhət proqramları, hərbi-təmas fəaliyyətləri, Beynəlxalq Hərbi Təşkilat vasitəsilə Təhsil və Təlim proqramı və Kanzas Milli Qvardiyası ilə uzun müddət davam edən Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində peşəkar hərbi təhsili dəstəkləməyə davam etmək niyyətindədir. ”, - məlumatda deyilir.

Bəyanata görə, tərəflər ikitərəfli dialoqun statusunu Strateji Tərəfdaşlıq Komissiyasına yüksəltmək barədə razılığa gəliblər. ABŞ həmçinin Ermənistanın enerji müstəqilliyini dəstəkləməyə söz verib.

Görüş çərşənbə axşamı Yerevanda baş tutub və görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.


Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et