Bu gün:

Rusiya Ukrayna böhranında verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib


Rusiya prezidenti Vladimir Putin Türkiyəyə Ukrayna münaqişəsinin həllinə töhfə vermək səylərinə görə təşəkkür edib.O, Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə deyib: “Biz türk dostlarımıza Ukrayna ətrafında da daxil olmaqla, böhranlı vəziyyətlərin nizamlanmasına töhfə vermək niyyətlərinə görə təşəkkür edirik”.

O, həmçinin Türkiyə tərəfinə "danışıqlar prosesinə verdiyi dəstəyə, böhranın həlli ilə bağlı Ukrayna ilə danışıqlar üçün İstanbul məkanını təmin etdiyinə" görə təşəkkür edib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et