Bu gün:

Basketbol oynamağın boya təsiri varmı?



Tullanmaq və ya basketbol oynamaq kimi fiziki fəaliyyətlər öz-özlüyündə sizi normal olduğunuzdan daha uzun edə bilməz. Ancaq basketbol kimi idmanla məşğul olan insanlar, ümumiyyətlə, qidalanmalarına və sağlamlıqlarına daha çox diqqət yetirdikləri üçün boy uzanmalarına təsir edən amillərin təsirini artıra bilərlər.
Əslində, rəqəmlərlə ifadə etsək, insanlar arasında boy fərqlərinin 60-80%-i genetik, 20-40%-i isə ekoloji səbəblərdən (xüsusilə qidalanma) qaynaqlanır.
Təbii ki, sağlamlıq təkcə qidalanmadan ibarət deyil. Kifayət qədər və doğru zamanda yatmaq kimi davranışların boy üzərində təsiri elmi araşdırmalarla təsdiqlənib. Bu məntiqlidir, çünki böyümə hormonlarının ən çox ifraz olunduğu vaxt yuxu zamanıdır.
Ağırlıqqaldıranların qısa boylu olması ağır atletika idmanlarında daha effektivdir. Çünki ağır atletikada məqsəd yerdən yük götürüb onu boy və qol uzunluğunu qədər yüksəyə qaldırmaqdır ("fiziki iş görmək") və qısa boy bu məsafəni qısaltdığı üçün üstünlük təmin edir.

Mənbə: Evrimagaciofficial
Tərcümə edən: Günay Məmmədova

Paylaş
Şərh əlavə et