Bu gün:

Venera planeti haqqında maraqlı faktlar


Venera planeti qədim zamanlarda həyatın mövcud olduğu düşünülən bir yer idi. Bu gün artıq həyatın olmadığı elmi məlumatlarla ortaya çıxıb. Bununla belə, hələ də alimlərin diqqətini çəkən və araşdırılan planetlərdən biridir.

Merkuridən sonra Venera Günəşə ən yaxın planetdir. Eyni zamanda o, Günəş və Aydan sonra yer üzündə ən aydın və ən parlaq görünən planet kimi seçilir. Antik Romada məhəbbət və gözəllik ilahəsi olan Veneranın adını daşıyan planet demək olar ki, Yerlə eyni ölçüdə və kütlədədir. Bu səbəbdən dünyanın fiziki əkizi kimi də tanınır.

Veneranın Xüsusiyyətləri

Venera planeti haqqında ilk qeydlər e.ə.17-ci əsr Babil astronomlarına aiddir. Ölçü, həcm və kütlə baxımından Yerə bənzəsə də, Günəş ətrafında fırlanma müddəti fərqlidir. Xüsusilə Venerada bir gün bir ildən çox davam etdikdə,çox maraqlı bir vəziyyət yaranır. Bu istiqamətdə Günəş ətrafında cəmi 225 Yer günündə fırlandığı halda, öz ətrafında 243 Yer günündə fırlanır. Bu, Venera öz ətrafında çox yavaş fırlananda baş verir.

Venera günəş sistemində qadın adını alan yeganə planet olduğu üçün günəş sistemində xüsusi bir yerə malikdir. Səmada parlaq bir görüntü verdiyi üçün adını səmanın parlaq təsiri ilə birlikdə qədim Romada Venera və Afroditadan almışdır.

Veneranın diametri Yerdən 638 kilometr kiçikdir.Keçmişdən bu günə qədər çoxlu sayda pilotsuz kəşfiyyat vasitəsi Veneraya göndərilsə də, bəziləri uğurlu, təxminən yarısı isə uğursuz olmuşdur. Veneranın atmosferinin 96,5%-i karbon qazından ibarət olduğu üçün buludlar istixana effekti yaradır və onun Günəş sisteminin ən isti planeti olmasına səbəb olur.

Merkuri Günəşə ən yaxın planet olsa da, Venera ən isti planetdir. Venera həm də Günəş sistemində peyki olmayan iki planetdən biridir. Yerlə əkiz kimi tanınsa da, səth təzyiqi baxımından 92 qat daha güclü olduğu da bilinir. Ən əsası isə Venera Yerə ən yaxın planetdir. Venera təxminən 41 milyon kilometr məsafədədir.

Mənbə: Milliyet

Tərcümə: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et