Bu gün:

"Kəndlərin qaytarılması Ermənistanı növbəti müharibədən xilas etdi"- Nikol Paşinyan


Bazar günü Ermənistanın paytaxtı İrəvanda böyük izdiham baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirib. Xristian din xadimi onu vəzifədən uzaqlaşdırmaq üçün dörd günlük mitinqlərin başlandığını elan edib.

Arxiyepiskop Baqrat Qalstanyan hərbi məğlubiyyətlər və Azərbaycana ərazi güzəştləri ilə bağlı xalqın qəzəbindən istifadə etməyə çalışır, lakin Paşinyan indiyədək təzyiqlərə tab gətirə bilib.


"Dörd gün ərzində biz küçələrdə və meydanlarda qalacaq, öz qətiyyətimiz və iradəmizlə qələbəyə nail olacağıq", - Qalstanyan parlament fraksiyalarını çərşənbə axşamı hökuməti hakimiyyətdən uzaqlaşdırmaq üçün növbədənkənar iclas keçirməyə çağırıb. 

Lakin İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosian deyib ki, bu addım etirazların sayının azalması qarşısında çarəsizliyə səbəb olub. Onun sözlərinə görə, arxiyepiskopun kampaniyasına siyasi təcrübənin əskikliyi və aydın strategiyanın və ya alternativ baxışın olmaması mane olub.

Paşinyan Rusiyanı Azərbaycan qüvvələrinin Qarabağı geri almasına mane olmaq üçün bölgədəki sülhməramlı qüvvələrinə müdaxilə etmədiyinə görə tənqid edib.

O, Ermənistanın Moskva ilə ənənəvi müttəfiqliyini açıq şəkildə şübhə altına alıb və Qərblə sıx əlaqələr qurmağa başlayıb. ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen ikitərəfli əlaqələr və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparmaq üçün bazar ertəsi Yerevana getməli idi.

Paşinyana qarşı son nümayişlərə səbəb onun may ayında dörd boş sərhəd kəndini Azərbaycana qaytarmaq qərarı olub. Müxaliflər bunu xəyanət adlandırır, lakin Paşinyan kəndlərin geri qaytarılmasını Ermənistan üçün pis başa çatacaq növbəti müharibədən qaçmaq üçün zəruri addım hesab edir. 

Mənbə: Voice of America

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et