Bu gün:

Qəzza zolağında ölənlərin sayı 37.100 nəfəri ötüb


2023-cü ilin oktyabr ayının əvvəlində Fələstin-İsrail münaqişəsinin eskalasiyası başlayandan bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37,100-dən çox olub, 84,700-dən çox insan yaralanıb, Qəzzanın Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində 40 nəfər olmaqla, 37 124 nəfər həlak olub. Ötən gün ərzində daha 218 mülki şəxs yaralanıb və yaralananların ümumi sayı 84 712 nəfərə çatıb.

Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlıları İsrail ərazisinə qəfil hücum edərək, Qəzza sərhədi yaxınlığında yaşayan çoxlu israilli kibbutz sakinini öldürdükdən və qadınlar da daxil olmaqla 240-dan çox israillini qaçırdıqdan sonra Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. İsrail Qəzza zolağının tam blokadasını elan edib və anklavı və Livan və Suriyadakı bəzi əraziləri bombalayıb, həmçinin Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı keçirib. İordan çayının qərb sahilində də toqquşmaların olduğu bildirilir.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et