Bu gün:

Ukrayna Belqorodı intensiv atəşə tutub


Ukrayna silahlı qüvvələri gün ərzində Belqorod vilayətinin on rayonuna hücum edib, 63 hərbi sursatdan atəş açıb, onlardan ən çoxu Belqorod rayonuna atılıb, nəticədə 3 nəfər yaralanıb, vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb.


"Belqorod rayonunda Malinovka kəndi, Vergilevka, Juravlevka, Puşkarnoye, Repnoye, Tarovo, Çeremoşnoye və Şçetinovka yaşayış məntəqələri hücuma məruz qalıb. 6 hücum zamanı ümumilikdə 52 hərbi sursat atılıb. Hava hücumundan müdafiə qüvvələri 4 pilotsuz uçuş aparatını (PUA) vurub. Hücumlar nəticəsində dörd ev, bir köməkçi tikili, bir sənaye obyekti və yeddi avtomobil zərər görüb”, - Qladkov yazıb.

Onun sözlərinə görə, Borisovski rayonunda atışma zamanı Boqun-Qorodok kəndi, Kazaçye-Rudçenskoye və Lozovaya Rudka fermaları dörd PUA və bir mərmi ilə hücuma məruz qalıb. Üç əsgər yaralanıb. Onlardan biri 2 saylı Belqorod şəhər xəstəxanasında müalicə alır, digər iki nəfər isə tibbi yardımdan sonra evə buraxılıb.

Qrayvoronski rayonunun üç kəndinə iki ayrı-ayrılıqda 14 kamikadze pilotsuz uçan aparat və 10 hərbi sursatla hücum edilib. Hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrdən birini vurub. Bezymeno kəndində PUA hücumları nəticəsində üç avtomobil, bir inzibati obyekt, bir köməkçi tikili və bir rabitə infrastrukturu obyekti zərər görüb.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et