Bu gün:

Makron Kiyevə 50 milyard dollar ayrılacağına ümid edir


Fransa prezidenti Emmanuel Makron iyunun ortalarında İtaliyada keçiriləcək sammitdə G7 ölkələrinin Kiyevə 50 milyard dolların ayrılmasını təsdiqləyəcəyinə ümid etdiyini bildirib. 




“Ümid edirik ki, G7 sammiti Ukraynaya 50 milyard dollarlıq yardım göstərmək öhdəliyini təzələyəcək”.


Makron vurğulayıb ki, Paris Vaşinqtonun Kiyevə lazım olduğu qədər uzun müddətə və intensiv şəkildə maliyyə dəstəyi verməklə bağlı yanaşmasını bölüşür. Fransa lideri həmçinin bildirib ki, iyunda İsveçrədə keçiriləcək konfransda və iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna ilə bağlı məsələləri müzakirə etməyi gözləyir.


Bundan əvvəl Fransa prezidenti bildirib ki, Ukrayna ərazisinə hərbi təlimatçılar göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradılması yaxın günlərdə başa çatacaq. Onun sözlərinə görə, Kiyevin bəzi müttəfiqləri artıq təlimçilərin göndərilməsinə razılıq veriblər.


Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et