Bu gün:

Bu gün UEFA Avropa liqasının final mərhələsinə start veriləcək


UEFA Avropa liqasının finalında Yunanıstanın hegemon klubu Olimpiakos ilə İtaliyanın köklü klublarından olan Fiorentina qarşı-qarşıya gələcək. Matç Bakı vaxtı ilə 23:00-da AEK Arena stadionunda baş tutacaq.

Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi oyunu Portuqaliya Futbol Federasiyasından olan baş hakim Artur Suarez Diaz idarə edəcək. Onun köməkçiləri isə Paulo Suarez ilə Pedro Ribeyro olacaq.

Qeyd edək ki, Olimpiakos finala qədər Ferencvaros, Makkabi Tel Aviv, Fənərbaxça və Aston Villa kimi güclü klubları liqadan kənarlaşdırıb.

Fiorentina isə bu minvalla Makkabi Haifa, Viktoriya Plzen, Brugge kimi klubları kənarlaşdırıb.

Güclü olan qazansın!


Mənbə: berglobal.com.tr 

Tərcümə etdi: Məcid Əmirov

Paylaş
Şərh əlavə et