Şell şoku, Birinci Dünya Müharibəsində bir çox əsgərin döyüş zamanı məruz qaldığı post-travmatik stress pozğunluğunun növünü təsvir etmək üçün istifadə edilən bir termindir.
Bu gün də heç bir münaqişədə olmasa da, bir neçə ay hərbi xidmətdə olduğu üçün psixologiyası korlanan insanlar az deyil. Vərdiş etdiyi mühitdən çıxarılaraq, sıx bir nizam-intizam və təzyiqin olduğu bir mühitə məcbur edilən insanlarda qalıcı psixi problemlər yarana bilər.
Münaqişə yaşayanların və müharibədə olanların vəziyyətini də düşünün. İlk gənclik illərində özlərini cəhənnəmin ortasında tapan insanlar ruhi sağlamlıqlarını itirmə nöqtəsinə gələ bilərlər.
Şell şoku ilk dəfə I Dünya Müharibəsi zamanı İngilis Psixoloq Çarlz Samuel Myers tərəfindən təsvir edilmişdir.
1914-cü ildə, Birinci Dünya Müharibəsinin ilkin mərhələlərində İngilis əsgərləri tinnitus, yaddaş itkisi, baş ağrısı, başgicəllənmə, titrəmə və səs-küyə qarşı yüksək həssaslıq kimi müharibədən sonrakı tibbi simptomlar barədə məlumat verməyə başladılar. Normalda bu simptomlar beynin fiziki yaralanmasından sonra görünərdi, lakin xəstələrin əksəriyyətində baş nahiyəsində yara izi yox idi.
Əsgərlərin "mərmi zərbəsi" keçirən fotoları müharibənin ən narahat vəziyyətini göstərir.
Müharibə şəraitində olan kişilər, məruz qaldıqları duyğuların qəfil dəyişməsi ilə hər an ölmək üzrə olduqlarını hiss edir, müvazinətlərini itirir, mənasız hərəkətlər edir, üz ifadələrini mənasız tərzdə hərəkət etdirirdilər.
Bombardman altında olmaq, yaxın dostlarının insanların əli ilə faciəvi şəkildə həlak olması, qeyri-kafi qidalanma və s. kimi faktorların yaratdığı sıx panika nəticəsində çarəsizlik, düşünə bilməmək, yata bilməmək, yeriyə və danışa bilməmək kimi problemlər müşahidə olunub.
Mənbə: webtekno.com
Tərcümə etdi: Rəhimə Cəmilova
