Bu gün:

“Keyfiyyətsiz eynəklərə görə görmə qabiliyyəti qismən itirilə bilər”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan Tibb universiteti Tədris Cərrahiyə Klinikasının Oftolmologiya şöbəsinin müdiri Qurban İsmayılovdur. O, keyfiyyətsiz günəş eynəkləri haqqında danışıb.


Keyfiyyətsiz günəş eynəklərindən istifadə görmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilərmi?

Gün eynəklərinin əsas fuksiyaları atmosferdə olan ultrabənövşəyi şüaların gözə daxil olmasının qarşısını almaqdır. Bu eynəklər ultrabənövşəyi şüaların qarşısını tam ala bilməsə də qismən ala bilir.


Eynəklər keyfiyyətsizdirsə gözdə nə baş verir?

İlk olaraq, gözə ultrabənövşəyi şüalar həddindən artıq düşür və bu zaman xəstədə göz quruluğu əmələ gəlir. İkincisi, ultrabənövşəyi şüalara məruz qalmağın nəticəsində gözün büllurunda vaxtından əvvəl katarakta əmələ gəlir. Sonuncu isə ultrabənövşəyi şüaların gözə həddindən artıq düşməsi gözün əsas görən hissəsi - torlu qişa üzərində distrofik dəyişikliklər əmələ gətirir. Gözə düşən ultrabənövşəyi şüaların nəticəsində isə görmə qabiliyyəti qismən itirilə bilər.


Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et