
Mahnılar, roman və ya film kimi, danışmaq üçün bir hekayəyə ehtiyac duyur. Hər bir bəstəkar və söz yazarı yazıçı kimi öz hekayəsini yaradır və onu biz dinləyicilərə təqdim edir. Müxtəlif musiqi janrlarından, müxtəlif dillərdən və müxtəlif coğrafiyalardan mahnılar bizə sevinc, ağrı, sevgi, itki, ümid və daha çox kimi duyğuları çatdırır.
Barış Mançonun az qala hər mahnısının arxasında bir məna və təcrübə var. Bunlardan biri də “Pomidor, bibər, badımcan” mahnısıdır. Hamımızın sevinclə oxuduğumuz “Pomidor, bibər, badımcan” mahnısı əslində Barış Mançonun sevdiyi qıza eşq etirafı edərkən yaşadığı hadisədən sonra yazılıb.
Unudulmaz sənətçi Barış Manço bir qızı çox sevir və ona sevdiyini deməyin yollarını axtarır. Çox danışıqlı və pozitiv insan olan Barış Manço sevdiyi qızla görüş təyin edib qarşısından keçəndə həyəcandan çox danışa bilmir. Qıza sevgisini bildirmək istəyəndə donub qalır, diqqətini toplayıb danışmağa hazırlaşarkən küçədən keçən tərəvəz satıcısı “pomidor, bibər, badımcan” deyə qışqırmağa başlayır.
Onsuz da həyəcanlı olan Barış Manço bu səsi eşidəndə nə deyəcəyini unudur və sözlər ağzından çıxmır. Bunun üzərinə sevdiyi qız "İki kəlməni birləşdirə bilməyən bir adamla işim yoxdur" deyib ayrılır. Daha sonra Barış Manço bu hadisəni mahnıya çevirir.
“Pomidor, bibər, badımcan” mahnısının sözləri
Birdən bütün dünyamı qaraldı və küçələr bu səslə əks-səda verdi.
Pomidor, bibər, badımcan
Kaş ki, necə hiss etdiyimi sənə açıq şəkildə deyə bilərdim
Kaş ki, sənə dəlicəsinə aşiq olduğumu deyə biləydim
Göz-gözə rastlaşdığımız an
Sanki susmuşdum və sənin qarşında danışa bilmirdim.
Bununla belə, mən bütün cəsarətimi toplayıb sənin yanına gəldim.
Sənin üçün döyünən bu ürəyi görməni istədim
Məhz sənin əlindən tutub sevgimi etiraf etmək istəyəndə
Küçədən gələn o səslə dünyam dağıldı
“Pomidor, bibər, badımcan”
Bilirəm indi məndən çox uzaqsan
Dua edirəm ki, bəlkə bir gün qayıdasan
Səni bir daha görsəm, inan mənə, bir ömür dəyər.
Nə qədər ki, bu yuxu bitməyəcək
Hara gedirəmsə, hara baxıramsa, həmişə səni görürəm
Bilirəm artıq gecdir amma hələ də gözləyirəm
Mənə hər şey boş görünür, səni bərk-bərk qucaqlayacam
Nə qədər ki, mənim dünyam bir daha dağılmayacaq
“Pomidor, bibər, badımcan”
Birdən bütün dünyamı qaraldı və küçələr bu səslə əks-səda verdi.
“Pomidor, bibər, badımcan”
Mənbə: Sokgazete
Tərcümə etdi: Sevil Azər
