Britaniya tarixinin ən dəhşətli terror aktlarından biri olan Pan Am 103 reysli təyyarənin partladılmasından illər keçməsinə baxmayaraq, hadisə ətrafındakı mübahisələr və suallar hələ də səngimir. 1988-ci ilin dekabrında Şotlandiyanın Lockerbie şəhərində baş verən partlayış nəticəsində göyərtədəki 259 nəfər və yerdə olan 11 nəfər həlak olub.

2001-ci ildə Liviya kəşfiyyat zabiti Əbdülbasit əl-Məqrahi bu terror aktında təqsirli bilinərək məhkum edilsə də, bir çoxları üçün bu, hekayənin sonu demək deyildi. Qurbanın atası Cim Svayir Məqrahinin günahsız olduğuna və əslində arxasında Liviyanın deyil, İranın dayandığına inanır. Svayir hesab edir ki, bomba Liviya deyil, Almaniyanın Frankfurt şəhərindən yerləşdirilib. Lakin illər sonra tədqiqatçıların yeni məlumatları və Fransa jurnalisti Vensan Nuzilin əldə etdiyi "Senussi sənədləri" Məqrahinin hərəkətlərini və partlayıcı maddələrin Maltada saxlanıldığını təsdiqləyən detalları üzə çıxarıb. Bu sənədlər Liviya kəşfiyyatının əvvəlcədən təyyarə partlatmaq planları qurduğunu göstərib.
Bütün bu ziddiyyətlər fonunda partlayıcı qurğunu hazırladığı ehtimal edilən Əbu Əgilə Məsudun Vaşinqtonda məhkəməsinin keçirilməsi gözlənilir. Yeni sənədlər və hüquqi proseslər Lockerbie işindəki qaranlıq məqamlara son qoya və ya köhnə yaraları yenidən aça bilər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
