Dünyada matriarxal cəmiyyətlər nadir olsa da, İndoneziyanın Qərbi Sumatra bölgəsindəki Minanqkabau etnik qrupu bu unikal quruluşun nümunəsini təqdim edir. Minanqkabau qadınları həm İslamın, həm də ənənəvi mədəniyyətin təsiri altında cəmiyyətin liderləri və varisləri kimi seçilirlər.

Minangkabau cəmiyyəti XII əsrdə Koto Batu krallığının qurucusu Maharako Dirajonun ölümündən sonra matriarxal quruluşa çevrilib. Dirajonun üç arvadından üç kiçik oğlu var idi. Onun birinci arvadı Puti İndo Kalito uşaqların qayğısına qalmaqla və krallığı idarə etməklə matriarxal cəmiyyətin əsasını qoyub.
Minangkabau qadınlarının vərəsəlik hüququ var. Uşaqlar analarının soyadını götürürlər, evliliklərdə isə kişilər həyat yoldaşının evinə köçür və qonaq kimi qəbul olunurlar. Ev təsərrüfatını və onun əmlakını idarə etmək yaşlı qadınların üzərinə düşür. Torpaq mülkiyyəti, qohumluq münasibətləri kimi mühüm məsələlərdə çox vaxt söz sahibi qadınlar olur, mübahisələrin həlli, nikah və mərasimlərin təşkili kimi sahələrdə mühüm rol oynayırlar.
Minangkabau toyları bu mürəkkəb mədəniyyətin əksidir. Toy günü bəy gəlinin evinə gətirilir və İslam dininə uyğun olaraq onların nikahı bağlanır. Kişilər və qadınlar ənənəvi musiqi sədaları altında rəqs edirlər və gəlinin ailəsi ənənəvi paltar geyinərək gəlinin ailəsinə hədiyyələr gətirir. Minanqkabau qadınları ailə qurduqları zaman sosial və iqtisadi imtiyazlar qazanırlar, lakin bu, kişilərin sıxışdırıldığı mənasına gəlmir. Minangkabau cəmiyyətində bərabərlikçi bir yanaşma var. Qadınlar və kişilər müxtəlif rollar alaraq cəmiyyətə töhfə verirlər. Qadınlar ev işləri və kənd təsərrüfatı ilə məşğul olarkən, kişilər ticarət, təhsil və siyasət kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Mənbə: NHY/ BBC Turkish
Tərcümə etdi: Günay Məmmədova
