Bu gün:

Süni intellekt 300 milyon işi əvəz edə bilər



Goldman Sachs investisiya bankının hesabatına görə, süni intellekt (AI) 300 milyon tam ştatlı işi əvəz edə bilər. Verilən hesabata əsasən, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər. Digər tərəfdən , yeni iş yerlərinin yaranması və məhsuldarlığın artması da mümkündür.


Həmçinin, bildirilir ki, illik qlobal xidmət və istehsal 7 faiz arta bilər. İnsan yaradıcılığından fərqlənməyən məzmun istehsal edən süni intellektin inkişafı irəliyə doğru atılmış böyük addım kimi xarakterizə edilir. Süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46%-nin inzibati, 44%-nin hüquq, 6%-nin tikinti, 4%-nin isə texniki xidmət və təmir sektoru olduğu bildirilir. 


Süni intellektin yaratdığı problemlər, xüsusən də, müəllif hüquqları ilə bağlı problemlər rəssamları və dizaynerləri çoxdan narahat edirdi. 


Oksford Universitetində gələcək peşələr üzrə ixtisaslaşmış Karl Benedikt Frey deyir ki, məhsuldar süni intellekt sayəsində, yox olacaq peşələrin sayını bilmək çətindir. Frey hadisələri Uber və ya GPS texnologiyası gələndə sürücülərin üzləşdiyi çətinliklərə bənzədir. Bu texnologiyaların gəlişi nəticəsində, sürücülərin sayının azalmadığını, əksinə maaşların azaldığını xatırladan Frey, ChatGPT ilə jurnalistlərin maaşlarının aşağı düşmə təhlükəsi ilə üzləşdiyini bildirir.


Mənbə: BBC Türk


Tərcümə edən: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et