Hər səhər səhər yeməyindən əvvəl yeni bir ixtira edə biləcəyinə inanan Teslanın 300-ə yaxın ixtirası var. Bu ixtiralardan biri olan alternativ cərəyan haqqında Edisonla danışmağa gedəndə Edisonun cavabı belə oldu: "Vaxtınızı boşa xərclədiniz, alternativ cərəyanın gələcəyi yoxdur". Gözlədiyini tapa bilməyən Tesla çətin günlər keçirdi və çətin anlar yaşadı. Obsesif-kompulsif pozğunluğu olan Tesla qaldığı otellərin hamısında 3-ə bölünə bilən otaqlarda qalıb. Ömrünün sonlarında onun yeganə dostları göyərçinlər idi. Bir gün müxbirə dedi: “İllərdir göyərçin saxlamışam. Biri isə fərqli idi. Kişi qadını sevdiyi kimi mən də o göyərçini sevdim, o da məni sevdi. Nə qədər ki, o məndə var idi, həyatım mənalı idi”. O, sevimli göyərçini ölməzdən əvvəlki gecə laboratoriyadakı ən güclü lampalardan belə onun gözlərində güclü bir işıq gördüyünü izah etdi və əlavə etdi: “O işıq nə vaxt söndü, məndə də bir işıq söndü”.
1) Elektrik Mühərrikləri

Teslanın ixtira etdiyi induksiya mühərriki ilə sivilizasiyamızı sürətləndirmək imkanımız oldu. Sənayedə çox əhəmiyyətli bir yerə sahib olan bu motor məişət cihazlarından su mühərriklərinə, kompressorlardan sənaye fanatlarına qədər indi istifadə etdiyimiz əksər əşyaların əsasını təşkil edir.
2) Radio və Uzaqdan İdarəetmə

Uzaqdan idarəetmə texnologiyası radio siqnallarının bir hissəsi idi. Tesla radio dalğaları ilə akkumulyatorla işləyən qayığın sükanını, işıqlarını və pərvanəsini uzaqdan idarə edə bildi. Bu ixtira sayəsində pult və qaraj qapılarını açan qurğular bu gün həyatımızı asanlaşdırır.
3) Lazer Texnologiyası

Tibb sahəsində kritik əhəmiyyətə malik lazer texnologiyası Teslanın ixtiralarından biridir. Məlumdur ki, eyni vaxtda başqa alimlər də lazerlər üzərində işləyirdilər. Bu araşdırmalar sayəsində müxtəlif sahələrdə tez-tez istifadə edilən lazer texnologiyası günümüzün həyatına əhəmiyyətli dərəcədə təsir edir.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
