Bu gün:

Makedoniyalı İsgəndər və Roma


Makedoniyalı İskəndərin qədim dünyanı lərzəyə gətirən fəthləri bir çox tarixçilər və strateqin heyranlıqla öyrəndiyi mövzudur. Lakin bu böyük sərkərdənin niyə Romanı fəth etməyə qərar verməməsi tarixi səhnədə mühüm sual işarəsi olaraq qalır. İskəndər strateji dühası və fəthləri ilə məşhur olsa da, onun Romanın zəngin torpaqlarına yayılmamaq qərarı amillərin mürəkkəb kombinasiyası ilə izah edilə bilər.


Makedoniya kralı III. Filippin oğlu Makedoniyalı İskəndər Makedoniya imperiyasını genişləndirmək məqsədi ilə Anadoludan Hindistana qədər uzanan nəhəng bir imperiya qurdu. Bu fəthlər onun strateji dühasını, hərbi qabiliyyətlərini və liderlik keyfiyyətlərini vurğulayır. Fars İmperatorluğunun dağılması, Misirin tutulması, Anadolunun fəthi və İrana irəliləmələr Makedoniyalı İsgəndərin karyerasında mühüm dayanacaq təşkil edir.


Makedoniyalı İskəndər, e.ə. 323-cü ildə vəfat etdikdən sonra imperiyanı böyük qarışıqlıq içində qoydu etdi. Onun generalları arasında gedən müharibələr və İsgəndərin mirası uğrunda gedən mübarizələr imperiyanın parçalanmasına səbəb oldu. Bu dövrdə Roma İmperiyası yavaş-yavaş qüdrətini artırır və Aralıq dənizi dünyasında hökmranlıq yaradırdı. Lakin Makedoniyalı İskəndərin fəthləri zamanı Roma hələ Makedoniyalı İsgəndərin hədəfi olan Şərqdəki zəngin torpaqlara çatmamışdı.


Makedoniyalı İsgəndər öz fəthlərini ümumiyyətlə zəngin və strateji əhəmiyyətli bölgələrə yönəldib. Bu kontekstdə İran, Misir və Orta Asiyanın fəthi kimi bölgələr o dövrdə iqtisadi və strateji üstünlükləri təmsil edirdi. Roma isə hələ bu miqyasda təhlükə yaratmırdı. İsgəndərin ölümü zamanı Roma zəif və parçalanmış şəhər dövlətlərindən ibarət respublika idi.


Makedoniyalı İskəndərin Romanı fəth etməyi planlaşdırmamasının bir səbəbi hərbi çətinliklər idi. İsgəndər fars və hind qoşunları ilə vuruşduqca onun hərbi imkanları tükənmişdi. Roma Makedoniyanın bu dövrdə üzləşdiyi böyük imperiyalarla müqayisədə hərbi cəhətdən daha zəif vəziyyətdə idi. Bu, İsgəndərin əvvəlki fəthlərlə ehtiyatlarını niyə tükətdiyini və Romanın böyüklüyünü tam olaraq qiymətləndirə bilmədiyini izah edə bilər.


Makedoniyalı İskəndərin idarəçilik tərzi fəth etdiyi bölgələrdə xalqa öz mədəniyyətini sırımaqdan çəkinməyən hökmdar kimi tanınır. Ancaq Roma fərqli siyasət yürüdürdü. Roma fəth etdikləri bölgələrin mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamağa meyl edirdi. Əgər İskəndərin Romanı fəth etmək potensialı olsaydı, bu mədəni fərqlər siyasi gərginliyə və müqavimətə səbəb ola bilərdi.


Amillərin birləşməsi Makedoniyalı İskəndərin Romanı niyə fəth etmədiyini izah edə bilər. Hərbi çətinliklər, resursların tükənməsi, siyasi fikir ayrılıqları və strateji seçimlər İsgəndərin Romanı hədəf almasına mane olan amillər idi. Ancaq tarix boyu bir çox liderlərin qarşılaşdığı kimi, konkret bir fəthin baş verməməsi onun nəticələrinə və tarixi inkişaflara görə müxtəlif cür şərh edilə bilər. Makedoniyalı İskəndərin Romanı fəth etməmək qərarı həm İsgəndərin, həm də Romanın taleyini formalaşdıran mühüm tarixi qərar olaraq qalacaq.


Mənbə: kampustenevar


Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et