Bu gün:

Sony şirkəti rekord nəticə əldə etdi


Yapon elektronika və əyləncə nəhəngi Sony 2023-cü ilin martında sona çatan il üçün musiqi və mikroçip bölmələrində yüksək performansa görə keçən həftənin sonunda rekord əməliyyat mənfəəti elan etdi.

Bunun əksinə olaraq, cari iş ili üçün o, 3,2% azalaraq 1,17 trilyon yen (8,55 milyard dollar) qazandı və video oyun bölməsində gəlirliliyin yavaş bərpa olunacağını gözlədiyi üçün analitiklərin orta mənfəəti 1,275 trilyon yendən geri qaldı. Bu gözləntilərin yerinə yetirilməməsi səhmlərin 4,8% azalmasına səbəb olub.

Müştərilərə yazdığı qeyddə Jefferies analitiki Atul Goyal Sony-nin dünyagörüşünün "həddindən artıq mühafizəkar" olduğuna diqqət çəkərək, PlayStation 5 (PS5) oyun konsollarının və oyun proqram təminatının azalmış tələbdən faydalana biləcəyini qeyd etdi.

Sony tədarük zənciri məhdudiyyətləri səbəbindən COVID-19 pandemiyası zamanı tələbatı ödəmək üçün kifayət qədər PS5 istehsal etməkdə çətinlik çəkdi, lakin prezident Hiroki Totoki cümə günü şirkətin müştəriləri gözləmədən konsolları çatdırmağa hazır olduğunu bildirdi.

Holdinq gələn mart ayına qədər ildə 25 milyon PS5 satmağı hədəfləyir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 


Paylaş
Şərh əlavə et