Bu gün:

İradə nədir?


İradə insanın özü ilə bağlı hər sahədə davranışını, düşüncələrini tənzimləmək qabiliyyətidir. Davranışlarının müddətini, tezliyini və intensivliyini tənzimləmək və müxtəlif vəziyyətlərə görə davranışlarını dayandırmaq, başlamaq və ya təxirə salmaq kimi qəbul edilmiş davranışlar nümayiş etdirdiyi vəziyyətdir.

İradə insanın həyatının böyük bir hissəsidir, çünki iradə olmasa, insan cəmiyyət tərəfindən sağlam kimi qəbul edilən bir çox davranışdan uzaq olardı. İradə insanlara məqsədyönlü davranışlarını dəyişən vəziyyətlərə uyğunlaşdırmağa imkan verən xüsusiyyətdir. İradə sayəsində insanlar impuls və istəklərini idarə edə, davranış və qərarlarına görə məsuliyyət götürə bilirlər. İradə insana arzuolunmaz davranışlardan çəkinməyə imkan verir.


İnsanın özünü təmin edən, müstəqil olması və öz davranışına nəzarət etməsi halına iradə azadlığı deyilir. Psixologiyada iradə özünə nəzarət kimi tanınır.


İradənin inkişafı

İradə təkcə psixologiyanın müzakirə etdiyi mövzu deyil. Fəlsəfə və din məsələləri də iradə ilə çox bağlıdır. Filosoflar və psixoloqlar uzun müddət özünü idarə etmənin necə inkişaf etdiyini müzakirə etdilər. İradənin inkişafında ailənin davranışı böyük əhəmiyyət kəsb edir. Həyatın ilk illərində uşaqlar ətrafdakı insanları müşahidə edir və onların davranışlarını onlardan öyrənirlər. Bu səbəbdən özünü idarə etmə səviyyəsi aşağı olan ailələrin uşaqlarında da aşağı özünə nəzarət müşahidə edilir.


Eyni zamanda inkişaf modelinə görə iradə gücünün əsasları ilk 6 ildə qoyulur. 3-cü aydan 12-ci aya qədər olan körpələrdə motor hərəkətlərinin inkişaf prosesidir. Bu müddət ərzində körpələr tutmaq, əl uzatmaq, tutmaq kimi motor hərəkətləri ilə məşğul olur və davranışlarını dəyişdirmə qabiliyyətini öyrənirlər. Bu hərəkətlər körpələrə davranışı davam etdirməyi və bitirməyi öyrədirsə də, körpələr davranış dəyişikliklərini araşdırırlar.


Bu mərhələdən sonra, 12-ci aydan 18-ci aya qədər körpələr əmrlərə tabe olmağa, məqsədyönlü hərəkətlər etməyə, davranışları, duyğuları və ünsiyyəti idarə etməyə başlayırlar. 36-cı aydan etibarən səbəb-nəticə əlaqəsi, problem həll etmə, ertələmə arzu və gözləntiləri kimi davranışlar müşahidə edilir. Başqa sözlə, iradənin məktəbəqədər dövrə qədər inkişaf etdiyi düşünülür. Bu dövrdə sağlam bir dövrün olması iradənin inkişafı üçün çox vacibdir.

Mənbə: hiwellapp.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et