Bu gün:

Tullantı yağdan nə hazırlanır?


İşlənmiş qızartma yağlarını hamımız görmüşük. Bu yağlar dənizləri çirkləndirir. Bəs ondan faydalanaraq sabun hazırlaya biləcəyinizi bilirdinizmi?

Əgər yağdan sabun hazırlamaq fikri sizə uzaq görünürsə, gəlin sabunun formulunu nəzərdən keçirək. Sabun kimyəvi cəhətdən yağ turşularının əsas maddə ilə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Yaranan maddə yağ tərkibli hissəsi ilə yağ əsaslı kirə, əsas tərkibli hissəsi ilə suya yapışaraq, kirləri səthdən təmizləyir. Sabunlar tez-tez bu yağ turşularının tərkib hissəsinə görə adlandırılır. Bu tərkib kokos yağından zeytun yağına qədər dəyişə bilər. Qızartma zamanı istifadə etdiyiniz tullantı yağlar əslində günəbaxan, pambıq və ya zeytun yağı kimi yağlardan biri olduğu üçün sabun istehsalında bu tullantı yağlardan istifadə etməmək üçün heç bir səbəb yoxdur.

Sabunun əmələ gəlməsi prosesi

Sabunlaşma kimi tanınan proses heyvan və ya bitki yağ turşusu kaustik kimi tanınan NaOH  ilə qarşılıqlı əlaqədə olduqda başlayır. Bu reaksiya tamamlandıqda istifadə olunan yağ kimyəvi xüsusiyyətlərini itirərək sabun dediyimiz maddəni əmələ gətirir və yeni kimyəvi xüsusiyyətlər qazanır.

Sabun istehsalı necə baş verir?

Sabun hazırlamaq üçün bizə 1 litr tullantı yağı, 1 litr su, 160 qram kaustik, qoruyucu geyim, şüşə və ya plastik qab, qarışdırma aləti və ətirli efir yağları lazımdır.

1. Sabun istehsalı mərhələsinə başlamazdan əvvəl, yağı süzmək vacibdir.

2. Mütləq qoruyucu əlcək, eynək, maska və önlük taxın.

3. İstifadə edəcəyiniz qabın içinə bir litr suyu əlavə edin.

4. Suya kaustik əlavə edin və yavaş-yavaş qarışdırın. Bu mərhələdə meydana gələn reaksiya ilə qarışığın temperaturu 80 dərəcəyə çata bilər və nəticədə yaranan qaz təhlükəli, nəfəs almaq üçün zəhərli bir qazdır. Mümkünsə, bunu çöldə, pəncərənin və ya ventilyasiyanın qarşısında edin. Proses zamanı nəfəs almamağa çalışın.

5. Qarışımı otaq temperaturunda soyumağa qoyun. İstədiyiniz efir yağlarını əlavə edin.

6. Tullantı yağını otaq temperaturanda olan qarışıma  yavaş-yavaş töküb qarışdırın. Təxminən yarım saat qaşıqla qarışdırın. Eyni istiqamətə qarışdırmaq önəmlidir.

7. Qarışım qalın bir məcun kütləsinə çevrilən zaman forma alması üçün uyğun qablara tökün və 30 gün qurumağa buraxın.

Vacib qeydləri unutma

1. İstifadə etdiyiniz materialların metal olmadığından əmin olun, çünki onlar kimyəvi reaksiya verə bilər.

2. Qida ilə təmasdan çəkinin, çünki istifadə etdiyiniz qabda və qarışdırma alətlərində qarışımın qalıqları ola bilər.

3. Qıcıqlandırıcı təsir görməmək üçün 30 gündən əvvəl istifadə etməyin.

4. Prosesi qapalı yerdə edirsinizsə, bundan sonra ərazini havalandırdığınızdan əmin olun.

5. Boş süd və ya şirə  qabının bir tərəfini kəsərək sabun üçün qəlib hazırlaya bilərsiniz və sabunu tökdükdən bir neçə gün sonra bıçaqla kəsə bilərsiniz.

6. Yağ və kostik nisbəti hər yağ növü üçün fərqlidir. Buna neftin sabunlaşma əmsalı deyilir. İstifadə etdiyiniz yağın növünə uyğun olaraq bu əmsaldan istifadə edərək daha peşəkar bir iş görə bilərsiniz.

Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova

Paylaş