Bu gün:

Oruc tutmaq sağlamlığa necə təsir edir?


Oruc nədir?

Oruc müsəlmanların il ərzində 1 ay imsak vaxtından iftara qədər bütün gün yemək və içməkdən çəkindiyi dini ibadətdir. 

Orucun dini bir əməl olması ilə yanaşı, tibb dünyası tərəfindən də qəbul edilən sağlamlıq faydaları var.

Oruc tutmağın əsas faydaları çəki itkisini dəstəkləmək, immun sistemini yaxşılaşdırmaq və bədəndə iltihabı azaltmaqdır. Orucun faydalarını daha da genişləndirmək mümkündür.

Faydalarının yanında oruc tutmaq bəzi risk qrupları üçün nəzərə alınması lazım olan bir məqamdır. Xüsusilə şəkərli diabet xəstələrinin həssaslıqla yanaşması lazım olan bir məsələ olan oruc, həkim nəzarətində olmalıdır.

Orucun faydaları nələrdir?

Orucun əsas faydalarını aşağıdakı kimi sıralamaq olar:

Yağ yandırmasını sürətləndirərək arıqlamağa kömək edir

Qanda yağ, xolesterin və digər növ lipidlərin azalmasına kömək edir

Oruc oksidləşdirici stressi azaldır və immuniteti gücləndirir

Detoksifikasiyanı artıraraq zərərli toksinlərdən təmizlənməni dəstəkləyir

Qaraciyər funksiyasını yaxşılaşdıra bilər

Orqanizmdə iltihabı azaldır

Mədə və bağırsaqları sakitləşdirərək detoks effektinə malikdir

Qan şəkərini aşağı salır

Oruc tutmaq zehni funksiyaları yaxşılaşdırır

Dərini canlandırır və gücləndirir

Oruc ürək sağlamlığını qoruyur

Böyümə hormonunun ifrazını artırır

Oruc tutmaq insanın iradə mexanizmini gücləndirir

Psixoloji rahatlıq təmin edir

Orucun zərəri varmı?

Faydaları ilə yanaşı, orucun xüsusilə bəzi risk qrupları üçün mümkün yan təsirləri var. Orqanizm uzun müddət ac qalacağı üçün qanda şəkərin azalması, susuzluqdan sonra böyrək funksiyalarında dəyişikliklər və bəzi həzm sistemində pozğunluqlar baş verə bilər. Buna görə də, müəyyən risk qrupları mümkün zərərə görə diqqətli davranmalıdırlar.

Kimlər oruc tuta bilməz?

Şəkər xəstələrinə, ürək xəstəliyi olanlara, immuniteti və bədən müqaviməti zəif olanlara, yeni əməliyyat keçirmiş şəxslərə, uşaq gözləyən və süd verən analara oruc tutması tövsiyə edilmir. Bunlardan başqa digər xroniki xəstəlikləri və ya hər hansı sağlamlıq problemi olan insanlar da oruc tutmaq üçün həkimlərinə müraciət etməlidirlər.

Mənbə: Memorial Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et