Bu gün:

Nihilizm nədir?


Bu, 19-cu əsrin ortalarında Rusiyada yüksələn, xüsusilə gənc ziyalılar arasında öz tərəfdarlarını tapmış və buna görə də əsas fəlsəfi cərəyanlar arasında özünə yer tapmış fəlsəfi yanaşmadır.

Latınca “heç nə” mənasını verən nihil sözündən yaranan nihilizm bu gün bir çox spesifik alt qollara bölünür, lakin "hər şeyin məna və dəyərdən məhrum olduğunu müdafiə edən fəlsəfi baxışdır" ən məşhur tərifidir. Nihilistlər Tanrının varlığını, iradə azadlığını, biliyin mümkünlüyünü, əxlaqı və tarixin xoşbəxt sonunu inkar edirlər.

Qnoseologiya, etika və siyasət sahələrində qəbul edilmişdir. Və yenə də nihilizm hər şeyi, hər həqiqəti və dəyərləri rədd etmək kimi ortaya çıxdı.

O, hər cür biliyin mümkünlüyünü rədd edir və həqiqi, universal biliyin ola bilməyəcəyini müdafiə edir. O, varlığa hər cür şübhə ilə yanaşır, hətta ona məhəl qoymur.

Nihilizm əsasən estetikanın bütün formalarını inkar edir və utilitarizmi və elmi rasionalizmi müdafiə edir. O, ictimai elmləri və klassik fəlsəfi sistemləri tamamilə rədd edir. Sadə pozitivist və materialist münasibətlə qurulmuş ictimai quruluşa qarşı üsyanı təmsil edir və dövlətin , dinin və ya ailənin hakimiyyətinə qarşı çıxır. Yalnız elmi həqiqətlərə söykəndiyi düşünülsə də, elmin sosial problemlərin öhdəsindən gələ bilməyəcəyini qəbul edir.

Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et