Bu gün:

Telefonunuza yükləməli olduğunuz bəzi proqramlar



App Store və Play Store milyonlarla proqrama ev sahibliyi edir və belə böyük kitabxanada faydalı proqramları tapmaq düşündüyümüzdən də çətinləşə bilər. Sizlər üçün hazırladığımız bu məzmunda smartfonunuzda olması lazım olan proqramlarla qarşınızdayıq.

Google Disk

Google Disk bulud əsaslı proqramdır və ondan faylların ehtiyat nüsxəsini çıxarmaq, sənədlərə baxmaq, redaktə etmək və paylaşmaq üçün istifadə edə bilərsiniz. Yüklədiyiniz məzmun buludda nüsxələndiyi üçün siz ona internetə qoşulmuş başqa cihazdan asanlıqla daxil ola bilərsiniz.

Shazam

Daha əvvəl haradasa rast gəldiyiniz mahnının adı ilə maraqlanmısınızmı? Shazam bu prosesə müdaxilə edir və ifa olunan mahnının adını və ifaçısını öyrənməyə imkan verir. Bundan əlavə, fonda da işləyə bilən proqram bu parametr aktiv olduqda çalınan mahnıları davamlı olaraq skan edir və onları siyahıda toplayır.

Google Keep

Google tərəfindən hazırlanmış bir tətbiq olan Keep, onlayn qeydlər aparma proqramıdır. Bu proqramın ən gözəl xüsusiyyəti ondan ibarətdir ki, siz smartfonunuzda apardığınız qeydləri daha sonra planşetinizdə redaktə edə və kompüterinizdən çapa verə bilərsiniz.

Sleep Cycle

Yuxunuzu izləmək üçün ağıllı saat və ya ağıllı qolbaqdan istifadə etmək istəmirsinizsə, Sleep Cycle axtardığınız proqram ola bilər. Sleep Cycle proqramı smartfonunuzdakı sensorlar vasitəsilə yuxu zamanı bədən hərəkətlərinizi aşkarlayır və yuxu qrafikinizi yaradır.

Microsoft To Do

Plan proqramında olması lazım olan hər şeyə malik olan Microsoft To Do sizə gələcək üçün planlar qurmağa, onları təfərrüatlandırmağa və vaxtı gələndə xəbərdar olmağa kömək edir. Sabah bazara getmək lazımdır? Sadəcə, etmək istədiyiniz işi, vaxtı və yeri seçin. Beləliklə, planlaşdırılan tədbirin günü və vaxtı gələndə bildirişlər alacaqsınız. İstəsəniz, tədbirdən əvvəl xatırlatma bildirişləri də qura bilərsiniz.

Mənbə: Tamindir

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et