Bu gün:

Freddi Merkuri- məşhur rok ifaçısı


Freddi Merkuri Queen qrupunun aparıcı müğənnisi kimi rok dünyasının ən çox yönlü və cəlbedici ifaçılarından biridir. O, daha çox həyatına dair 2018-ci ildə çəkilmiş bioqrafik film–“Bohemian Rhapsody” ilə tanınır.
Freddi Merkuri 1970 və 1980-ci illərdə ABŞ və Britaniya hit-paradlarının zirvəsində olan müğənni-bəstəkar idi. Queen qrupunun solisti olan Merkuri rok dövrünün ən istedadlı və yenilikçi müğənnilərindən biri olub. Tanzaniyada  anadan olan Merkuri Hindistanda internat məktəbində fortepianoda ifa etməyi öyrənib, sonra Londonun Ealing İncəsənət Kollecində təhsil alıb. Merkuri 24 noyabr 1991-ci ildə 45 yaşında QİÇS-lə əlaqəli bronxial pnevmoniya xəstəliyindən dünyasını dəyişib.
Merkuri dörd əlavə arxa diş ilə doğulub və onun məşhur Çölçü gülümsəməsinin qyanağı məhz bu dişlərdir. Merkuri heç vaxt dişlərini düzəltmədi, çünki qorxurdu ki, bu onun  dörd oktavalı səs diapazonuna mənfi təsir göstərər.

Merkuri 1960-cı illərdə Londona köçərkən gələcək qrup yoldaşları–barabançı Rocer Taylor və gitaraçı Brayan Meylə tanış olur. Onlar 1971-ci ildə basçı Con Dikon ilə görüşdülər və beləcə Merkurinin "Queen" adlandırdığı kvartet iyun ayında ilk konserti ilə çıxış etdi.

Müğənni və bəstəkar fəaliyyəi ilə yanaşı Merkuri mahir şoumen idi. O, tamaşaçıları əyləndirməyi, onları ələ almağı yaxşı bacarırdı. O, çox vaxt darıxdırıcı spandeksdən ibarət kostyumlar geyinməyi xoşlayır və pərəstişkarlarını əyləncəyə qoşulmağa həvəsləndirərək səhnədə dolanırdı. İncəsənət ruhlu olan Merkuri qrupun bir çox albomlarının dizaynında da fəal iştirak edib.

"Queen" ilə işinə əlavə olaraq, Merkuri 1985-ci ildə "Mr.Bad Guy" da daxil olmaqla bir neçə solo albom buraxıb.

Merkuri 24 noyabr 1991-ci ildə, 45 yaşında Londondakı malikanəsində QİÇS-lə əlaqəli bronxial pnevmoniyadan dünyasını dəyişib.
Ölümündən bir gün əvvəl, 1991-ci il noyabrın 23-də Merkuri belə bir bəyanat verib:

 "Mən HİV testdindən keçdiyimi və QİÇS-ə yoluxduğumu təsdiq etmək istəyirəm. Şəxsi həyatın toxunulmazlığını qorumaq üçün bu məlumatı bu günə qədər gizli saxlayırdım. Bununla belə, indi dostlarımın və pərəstişkarlarımın həqiqəti bilməsinin vaxtı çatıb və ümid edirəm ki, hər kəs mənim xəstəliyi dəf etməyim üçün fəal dəstək göstərəcək."

Mənbə: biography.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et