Bu gün:

İnsanların nitqindəki qüsurların əsas səbəbləri nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi jurnalist, diksiya təlimçisi İslam Qədirlidir. O insanların danışığında yaranan texniki problemlərdən danışıb.


-İnsanların nitqindəki qüsurların əsas səbəbləri nədir və bu problemləri necə həll etmək olar? 



İnsanların nitqindəki qüsurların bir çox səbəbləri ola bilər. Fiziki qüsurları çıxmaq şərtilə, ümumiyyətlə, biz buna qüsur demirik. Bunlar müəyyən problemlərdir və düzəldilə bilər. Məlum məsələdir ki, Bakı müxtəlif millətlərin, xalqların birləşdiyi meqapolisdir. Ona görə də, istər-istəməz insanlarda ləhcə, aksent problemi ola bilir. Birinci növbədə, insanlar bizə həyəcan problemini aradan qaldırmaq üçün müraciət edir. O da  bizim təhsil və tərbiyə sistemimizdən irəli gəlir. Çünki bir çoxumuzu istər məktəbdə, istərsə də ailədə belə yetişdiriblər. " Sən fikrini bildirmə", "Özündən Amerika kəşf etmə". Əsasən, ənənəvi təhsil sistemimizdə əzbər əmeyilli istiqamət var idi. Ona görə də,  öyrəşmişik ki , nəyisə əzbərləyib danışaq. Öz fikrimizi bildirəndə eştidiyimiz tənqidlər bizi dayandırıb və bizdə qorxular yaradıb. Həyəcanla bağlı şikayəti olan  insanlar təlimə gəldikdən sonra burada anlayırlar ki, sən demə tək problem bu deyilmiş. Ağız aparatında diafraqma nəfəsi ilə bağlı problem ola bilər. Baxmayaraq ki, hər birimiz düzgün diafraqma nəfəsi alaraq doğuluruq, amma sonradan partada oturub yazı yazaraq və ya ağzı üstə uzanıb şəkil çəkərək avtomatik sinə nəfəsinə keçmişik. Əgər, vokal dərsləri almamısansa, meditasiya ilə məşğul olmamısansa, heç vaxt diafraqma nəfəsi nədir bilmirsən.


Məsələn 30 yaşında insan həyəcan problemi ilə bağlı təlimlərə gəlir və öyrənir ki, əslində, düzgün nəfəs almır. Sən demə, danışanda ona görə nəfəsi kəsilirmiş, səsi qırılırmış, istədiyi tonda səs çıxara bilmirmiş. Bundan əlavə, burada müxtəlif texniki problemləri müəyyən edib həll edə bilirik. Əslində, həyəcanla bağlı çox maraqlı məsələ var ki, mən həyəcanı qripə bənzədirəm. Necə ki, biz qrip olanda birbaşa virusa müdaxilə edə bilmirik və simptomatik müalicə aparırıq, həyəcan da elədir. Həyəcanın öz kökü psixolojidir. Çalışaq ki, psixoloji yanaşaq, amma biz o düzələnə qədər  onun ilkin simptomlarını düzəltməyə çalışırıq. Davamında insan danışa bildiyini gördükdə özgüvəni də bərpa olur.


Şəms Ajakh

Paylaş
Şərh əlavə et