Meksikanın 17 yaşlı futbolçusu gələcək Dünya Kuboku oyunlarında forma geyinəcəyi halda turnir tarixində iştirak edən ən gənc meksikalı futbolçu olacaq.

17 yaşlı futbolçu Gilberto Mora
Meksika milli komandasının baş məşqçisi Xavyer Aqirre yerli liqada çıxış edən futbolçular arasından Dünya Kuboku üçün seçdiyi 12 nəfərlik ilkin siyahını açıqlayıb. Həmin adlar arasında 17 yaşlı yarımmüdafiəçi Gilberto Mora da yer alır.
Mora əsas heyətdə şans qazanacağı təqdirdə Meksikanın Dünya Kuboku rekordunu yeniləyəcək. Hazırkı rekord 1930-cu ildə 18 yaş 88 günlük ikən turnirdə çıxış edən Manuel Rosasa məxsusdur.
Ümumilikdə, indiyədək 17 yaşında Dünya Kubokunda forma geyinən 7 futbolçu olub. Onlardan biri də futbol əfsanəsi Peledir. Turnirin ən gənc futbolçusu isə 1982-ci ildə iştirak edən Şimali İrlandiya oyunçusu Norman Uaytsayd hesab olunur.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
