Bu gün:

Rekord üçün gözləyən 17-likdə Gilberto Mora


Meksikanın 17 yaşlı futbolçusu, Dünya Kuboku tarixində forma geyinən ən gənc meksikalı ünvanını almağa hazırlaşır.

Meksika milli komandasının baş məşqçisi Xavyer Aqirre yerli liqada çıxış edən futbolçulardan Dünya Kuboku üçün seçdiyi 12 nəfərin adını açıqlayıb.


Bu adlar arasında 17 yaşlı yarımmüdafiəçi Gilberto Mora da var. Mora forma geyinəcəyi halda, Meksikanın turnir tarixində ən gənc futbolçusu olacaq.


Ölkə üzrə rekord isə Manuel Rosasa məxsusdur. O, 1930 Dünya Kubokunda oynayanda 18 yaşı olub. 17 yaşında Dünya Kubokunda forma geyinən 7 futbolçu var.


Bunlardan biri də Peledir. Ən gənci isə 1982 Dünya Kubokunda çıxış edən Şimali İrlandiyalı Norman Uaytsayd olub.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et