Bu gün:

Bullinq nədir və ondan necə müdafiə oluna bilərik?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti  psixoloq Ofelya Məmmədovadır. O, yeniyetmələrin bullinq zamanı özünümüdafiə bacarıqları haqqında danışıb.


Bullinq zamanı yeniyetmələrin özünümüdafiə bacarıqlarına mənəvi və psixoloji cəhətdən hazır olmaları üçün hansı tədbirlər həyata keçirilə bilər?

Bullinqdən sığorta yoxdur.

Heç bir məktəb bullinqə qarşı sığortalanmayıb. Buna görə də, məktəblər məktəb mühitində uşaqlar arasında bullinqin baş verə biləcəyini qəbul edib və ona uyğun proflaktik tədbir aparmalıdır.

Çox təəssüf hissi ilə bildirirəm ki, son zamanlar tez-tez bullinqə məruz qalmış uşaqların şikayətləri ilə rastlaşırıq. Öncə bullinqin nə olduğunu qeyd edim. Bullinq - sataşma (sataşma, İngilis dilindəki bully - qorxmaq, qorxutmaq, təhqir edən) - cəmiyyətin bir üzvünün başqaları tərəfindən (xüsusilə məktəblilər və tələbələr arasında) təcavüzkar təqibləri. Yəni kiməsə rişxənd etmək, istehza etmək, lağ etmək, hədə-qorxu gəlmək, kiminləsə öcəşmək, kimisə ələ salmaq, incitmək, küsdürmək, qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək, ayrı-seçkiliyə məruz qoymaq

Uşaqlara qarşı bullinq

Fiziki, psixoloji, iqtisadi, cinsi, sosial təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlığının olmamasıdır. Bildiyimiz kimi, yeniyetməlik dönəmlərində bullinq daha çox özünü göstərə bilər. Bu, yeniyetmə yaş dövrünün, onun verdiyi bir sıra psixoloji narahatlıqlardan irəli gələ bilər. Düzgün olunmayan tərbiyənin uşaqlara verdiyi psixoloji narahatlıqlar, davranış pozuntusu, çətin tərbiyə olunan uşaqlar, eyni zamanda, boşanmış ailələrin uşaqları,  ailə nəzarətindən kənarda qalan uşaqlar, özünü təsdiq etməyən yeniyetmələr bullinq yaranmasına səbəb olur. Bullinq – uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır.

Bütün uşaqlar tez və ya gec bullinqlə rastaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir edir.

Bullinqin bir neçə növü fərqləndirilib.

Məktəbdə rast gəlinən bullinq halları

Ən çox rast gəlinən psixoloji Bullinqdir: Psixoloji bullinq

İnsanın “mənlik şüuru”nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Bullinq  edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur.

Psixoloji bullinq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur. sözlə təhqir etmə, alçaltma, o cümlədən qorxutma, hədələmə. Uşağı digərləri ilə müqayisə edəndə, onun xarici görünüşünə rişxənd edəndə, lağa qoyanda, küncə qoyanda, həmçinin uşağın fikirlərinə kinayəli yanaşdıqda da şagird psixoloji zorakılığa məruz qalmış olur;

Son zamanlar məktəblilər arasında  hər hansı bir “maraqlı” faktı çəkib sosial şəbəkələrdə paylaşmaq sanki yarış halına gəlib. Təəssüf ki, belə hala tez-tez rast gəlinir.  Məktəblilər arasında rast gəlinən bulinq növləri çoxdur. Uşaqlar arasında ən çox yayılan bulinq isə psixoloji bulinqdir. Bu zaman tərəflərdən biri digərini sözlə, fiziki, psixoloji şiddətlə, alçaldıcı sözlərlə,  fizioloji qüsurları üzə vurmaqla, hər hansı fiziki şiddət göstərməklə, və yaxud da ki, əks cinsi qarşısında xoş olmayan fikirler demek.

Məktəblilər arasında artan təzyiq və aqressiv davranışlar onların psixologiyasına vurduğu mənfi təsiri ilk növbədə valideyn aşkar etməlidir. Çünki uşağın məktəbə getməməsi, məktəbdə problemin olduğunu bu şəkildə göstərir. Yəni uşağın məktəbdən qaçması, dərsdən yayınması, özünə qapanması, sakit olması valideynə siqnal ötürür ki, uşaq məktəbdə müəllimlər və yaxud da şagirdlər tərəfindən hər hansı bulinqə məruz qalıbdır. Bunun üçün də valideyn uşaqlarda özünəqapanma, həyəcan təşvişinin artması, gecə qorxuları, enurez(qeyri-ixtiyari sidik ifrazı), ünsiyyətdə problem, ailədaxili münaqişələrin yaranması, bacı-qardaşlarına qarşı şiddətin artması, tək yatmaq qorxusu, aqressiyaların çoxalması, yuxudan qorxu ilə  ayılması kimi hallar gördükdə düşünməlidir ki, uşaq artıq əvvəlki kimi deyil. Valideyn dərk etməli və aşkara çıxarmalıdır ki, mənim  uşağım məktəbdə kimlərsə tərəfindən bullinqə məruz qalır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et