Bu gün:

İlk qadın hakim olan Drahşan Arda kimdir?


İlk qadın hakim olan Drahşan Arda kimdir?

Ad günü bilinməyən Drahşan Arda əslən Ədirnədəndir. 1967-1968 mövsümündə Zonguldakda hakimlik kursunu bitirmiş və sertifikatını aldıqdan sonra hakimliyə başlamışdır. Böyük səylərdən sonra təqdim edilən dəlillər nəticəsində FİFA ilk qadın hakimin Drahşan Arda olduğu qənaətinə gəlib və bu qərarı Arda ilə bölüşüb. Drahşan Arda sosial media hesabından verdiyi açıqlama ilə xəbəri hər kəsə açıqlayıb.

Drahşan Arda kimdir?

1985-ci ildə ilk türk qadın hakim Elmas Arabacı olaraq qəbul edildi. 1995-ci ildə Avropada FİFA lisenziyasına malik ilk türk qadın hakim Lalə Orta kimi tanınıb. Onun səyləri nəticəsində Drahşan Arda 13 dekabr 2018-ci ildə FİFA-dan aldığı məktubla ilk türk qadın hakim olduğunu açıqladı.

Əslən Ədirnədən olan və hakimlik sertifikatını Zonguldakda alan Arda bir müddətdir Almaniyada yaşayır. O, gənclik illərində Almaniyada idman fəaliyyəti ilə məşğul olub və yaşadığı şəhərin Münhen komandalarından biri olan “Bavariya” ilə əlaqələr qurub.

Ötən illərdə müəllim işləyən və bununla da bir çox uşaqları idmanla tanış edən Drahşan Arda hakim həyatına görə Bavariya Futbol Federasiyası tərəfindən də 30 illik qızıl nişan və lövhə ilə mükafatlandırılıb.

O, dünyanın ilk qadın hakimi olduğunu, Səma Tokatın ikinci olduğunu bildirib. Buna çox sevinən və bu illər ərzində göstərdiyi zəhmətin qarşılığını aldığını bildirən Arda, "Tarixdə birinci olmaq şərəfdir. İlk matçımı 26 iyun 1968-ci ildə idarə etdim. Hakimlik həyəcanını yaşadım, düz 50 il əvvəl. FİFA-dan aldığım məktub məni də çox sevindirdi" dedi.

Mənbə: milliyet. com. tr

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et