Bu gün:

Süni intellekt reklam olunur


Süni intellekt reklam olunur



Tesla-nın qurucusu və Twitter-in baş direktoru İlon Maska və bir qrup texnologiya sənayesi rəhbərlərinə açıq məktubda onlar OpenAI-nin yeni buraxılmış GPT-4-dən daha güclü Süni İntellekt (AI) texnologiyalarının hazırlanmasına 6 aylıq fasilə verməyə çağırıblar. 


Çağırışın səbəbi kimi “Cəmiyyət və insanlıq üçün potensial risklər” göstərilib. OpenAI hələ şərh sorğularına cavab verməyib.  OpenAI keçən həftə ChatGP istifadəçilərinin InstaCart-dan alış-veriş edə və ya Expedia-dan uçuş bileti sifariş edə biləcəyini bildirərək sistemdən istifadə etmək üçün təxminən 10 şirkətlə əməkdaşlıq etdiyini açıqladı. Həyatın Gələcəyi İnstitutunun sözçüsü, OpenAI baş direktoru Sam Altmanın məktubu imzalamadığını söylədi. 


Məktubu imzalayanlardan biri olan Nyu York Universitetinin professoru Qari Markus Reuters xəbər agentliyinə deyib: “Məktubun məzmunu mükəmməl deyil, amma ruhu həqiqətdir. Onun təsirlərini daha yaxşı başa düşənə qədər yavaşlasaq yaxşı olar. Sənayenin böyük oyunçuları gördükləri işlərlə bağlı getdikcə daha çox məxfi mövqe tuturlar və bu, cəmiyyətin özünü potensial zərərdən müdafiə etməsini çətinləşdirir”. 


Müxaliflər məktubda "süni intellektin reklam edildiyini və texnologiyanın mövcud potensialının kobud şəkildə şişirdildiyini" deyirlər. Umea Universitetinin süni intellekt üzrə tədqiqatçısı Johanna Björklund, “Belə bəyanatlar insanları narahat etmək üçün edilir. “Məncə, əl əyləcini çəkməyə ehtiyac yoxdur. 


Björklund araşdırmanı yarımçıq qoymaq əvəzinə süni intellekt üzrə tədqiqatçıların daha sərt şəffaflıq tədbirlərinə tabe olması lazım olduğunu bildirdi və “Əgər süni intellektlə bağlı araşdırma aparırsansa, bunu necə edəcəyin barədə daha şəffaf olmalısan” dedi.


Mənbə: BBC Türk

Tərcümə edən: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et