Bu gün:

Koronavirus beyinə necə təsir edir?


Dünyanı cənginə alan COVID-19  xəstəliyi insanların təkcə ağ ciyərlərinə deyil, beyinlərinə də fəsadsız ötüşmür. Belə ki, COVID-19 xəstələri təlaşdan, qarışıqlıqdan qoxu və ləzzət itkisinə qədər həyat üçün əhəmiyyətli olan bir sıra təsirlər yaşayırlar. Anaq COVID-19 tədqiqatçıların beyinə necə zərər verə biləcəyi sualına cavabları olmasa da, bir neçə nəzəriyyələri vardır.

Koronavirus beyinə hansı yollarla təsir edir?

Dünyada baş verən hadisələr göstərir ki, COVID-19 xəstələri beyinlə əlaqəli müxtəlif vəziyyətlərə sala bilər ki, onlardan da bəziləri aşağıdakılardı:

Qorxu;

Təlaş;

Şüur itkisi;

Panik atak;

Baş ağrısı;

Davranış dəyişiklikləri;

Xəstələr, həmçinin iflic və tənəffüs çatışmazlığına səbəb ola bilən Guillain-Barré sindromu kimi periferik sinir problem də yaşayırlar.

Bəs tədqiqatçılar COVID-19-un beyinə necə təsir etdiyi haqda nə düşünürlər?

Mövcud araşdırmaya əsasən, COVID-19-un beyinə zərər verə biləcəyi dörd yol olduğunu düşünürlər. Lakin hər hansı bir nəticə çıxarmaq üçün hər birinin ciddi şəkildə öyrənilməsinə ehtiyac var.

Ağır infeksiya

Mümkün olan ilk yol, virusun beyinə girməsi, şiddətli və ani bir infeksiyaya səbəb olma qabiliyyətinə sahib olmasıdır. Çin və Yaponiyada qeydə alınan hadisələrdə onurğa mayesində virusun genetik maddəsi tapılıb. Florida ştatında isə koronavirus xəstəsinin beyin  hüceyrəsində viral hissəciklər tapılıb.  COVID-19 olan bəzi xəstələrdə baş verən qoxu itkisi, virusun burnun yuxarı hissəsində yerləşən və qoxu haqqında məlumatları beyinə çatdıran respektordan daxil olduğunu göstərə bilər.

Bədəndəki xaos

Növbəti  nəzəriyyə budur ki, COVID-19 virusuna yoluxan vücudda meydana gələn bütün fizioloji dəyişikliklər – yüksək temperatur, aşağı oksigen səviyyəsi,  orqan çatışmazlığına qədər – bütün bunlar ağır COVID-19 xəstələrinin çoxunda koma kimi beyin funksiyasının pozulmasına səbəb olur.

Qan laxtalanma anomaliyaları

COVID-19-un beyinə təsir göstərə biləcəyi növbəti yol bu xəstələrin insult keçirməyə meyli ilə əlaqəlidir. Xəstələrdə qan laxtalanma sistemi son dərəcə risklidir və bu xəstələrdə laxtalanmanın başqalarına nisbətən daha çox olması ehtimalı yüksəkdir. Bu o deməkdir ki, bədənin dərinliyində və ya ağciyərlərdə qan axınını kəsə biləcək damarlarda laxtalanma əmələ gələ bilər. Qan laxtalanması beyinə gedən damarları bağlayarsa və ya daraldırsa, bunun acı nəticəsi ola bilər.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et