Bu gün:

Yuxuda beynimizin heyrətamiz sərgüzəştləri


Yuxu haqqında öyrənə bildiyimiz hər şey onun zehni və fiziki sağlamlığımız üçün əhəmiyyətini vurğulayır. Yuxu və oyaqlığın dəyişməsi insan biologiyasının mərkəzi xüsusiyyətidir, fırlanan bir planetdəki həyata, gündüz və gecənin sonsuz dövrünə uyğunlaşır.

Hər gecə yuxu zamanı beynimiz inanılmaz sərgüzəştlərlə qarşılaşır. Biz yuxuda olarkən beynimiz şüuru boğaraq onun davranış funksiyalarını kökündən dəyişdirir. Bir müddət, demək olar ki, tamamilə iflic oluruq və soyuqdan belə titrəmirik. Lakin göz qapaqlarının altındakı gözlər sanki bir şey görən kimi vaxtaşırı bükülür və orta qulaqdakı kiçik əzələlər, hətta tam sükut içində – sanki bir şey eşitdikləri kimi hərəkət edirlər.

İnsan bədəni keçiddə ilişib qalmağı sevmir. Biz ya oyaq, ya da yataq halında qalmağı üstün tuturuq. Beləliklə, işığı söndürürük, gözlərimizi yumuruq, yatırıq. Neyronlarımız dərhal vahid ritmdə işləməyə başlayır. Təqribən 86 milyard neyron var ki, onlar beyində İnternet analoquna bənzəyən, elektrik və kimyəvi siqnallarla bir-birinə qarşılıqlı təsir göstərən hüceyrələrdir. Oyaq olduğumuz zaman neyronlar gurultulu izdihama bənzəyir. Beyində əsl fırtına əsir. Beynin gündəlik həyatın xaosundan uzaqlaşaraq daxili işlərə keçdiyini görürük. Bununla yanaşı, hissedici reseptorların fəaliyyəti iflasa uğrayır və tezliklə yuxuya gedirik.

Elm adamları bu dövrü ilk mərhələ, yuxunun “dayaz suyu” adlandırırlar. Təxminən beş dəqiqə davam edir. Sonra beynin dərinliklərindən beyin yarımkürələrinin qabığında bir sıra elektrik impulsları yayılır. Beynin xarici təbəqəsini əhatə edən qatlanmış boz maddə söz və şüur üçün məsuliyyət daşıyır. Bundan sonra ikinci mərhələ başlayır.

Xəyal etdiyimiz zaman beynin fəaliyyəti azalmır. Elm adamlarının düşündüyü kimi, sadəcə onun fəaliyyəti özünü fərqli şəkildə göstərir. Yuxu zamanı, beyin qabığında təzə məlumatların saxlanması stimullaşır, bəlkə də onu uzunmüddətli yaddaşda biliklə əlaqələndirməyə kömək edir.

Yuxunun fiziologiyası

Beyin həmişə ağıllı seçim etmir. Yuxu güclü şəkildə yaddaşı aktivləşdirir. Buna görə də, məsələn, yorulmuş əsgərlər, insan psixikasına təsir edə biləcək çətin tapşırıqlardan qayıtdıqdan sonra dərhal yatmamağa qərar verirlər.

Siqma ritmləri bir neçə saniyə ərzində bir müddət görünə bilər, ancaq sonra impulslar daha da azalır. Ürək döyüntüsü yavaşlayır. Bədən istiliyi azalır. Ətrafda baş verənlərdən xəbərdar olmağın son əlamətləri yox olur. Daha sonra, yuxunun çox dərinliklərinə uzun bir dalışa başlayırıq. Bədənimizin qidaya ehtiyacı olduğu qədər beynimizin ehtiyac duyduğu dərin, komaya bənzər bir yuxuya gedirik. Bu zaman xəyallar üçün deyil, fizioloji təmizlik üçün nəzərdə tutulub.

Yuxunun faydaları

Yuxu sağlam bir immunitet sistemini, bədən istiliyini və qan təzyiqini qorumaq üçün vacibdir. Yuxu azlığı şəraitində əhvalımızı idarə edə bilmirik. Yəqin ki, yuxu yeməkdən daha vacibdir. Heyvanlar yuxudan məhrum olduqda, aclıqdan daha tez ölürlər. Hətta sağlam insanlar da gecədə bir neçə dəfə oyanırlar, lakin çoxları bunu hiss etmir. Bir neçə saniyədən sonra yenidən yuxuya gedirik. Ancaq bu dəfə yenidən bütün mərhələləri keçmək əvəzinə, beyin tamamilə yeni bir prosesə başlayır və əslində adi olmayan şeylərə yönlənir.

Yuxusuzluq nələrə səbəb ola bilər?

Müntəzəm olaraq gündə 6 saatdan az yatanlarda depressiya və psixoz riski artır. Yuxunun olmaması piylənmə ilə birbaşa əlaqədardır. Nə “mikro yuxu”, nə də tabletlər problemi həll edir. Yeni doğulmuşlar gündə on yeddi saata qədər yatırlar və bu müddətin yarısını aktiv vəziyyətdə keçirirlər.

Mənbə: dove.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et