Bu gün:

Stok şəkli nədir?


Texnologiya hər gün həyatımıza yeni rahatlıqlar gətirir. Stok fotoları bunlardan biridir. Artıq bir çox sektorlarda qarşılığı olan stok fotoşəkilləri də internetdə tez-tez araşdırılan bir mövzudur. Bəs stok şəkli nədir? 

Stok fotoqrafiya saytları şirkətlər, bloggerlər və əsasən, agentliklər tərəfindən istifadə edilən foto satınalma saytlarıdır. Stok fotoqrafiya saytlarının satdığı fotoşəkillər ağlınıza gələn hər hansı bir şəkil ola bilər. Keçmişdə hər yerdə istifadə olunması arzulanan bir fotoşəkili çox yüksək məbləğ ödəməklə almaq olardı. Bu gün stok fotoqrafiya saytlarının meydana çıxması ilə bu imic satış sektoru müəyyən bir inhisardan alınaraq müəyyən qaydalara riayət etmək şərti ilə hər kəsin sata biləcəyi sektora çevrilmişdir. 

Təbii ki, bu şəkilləri yükləyərkən yüklədiyiniz saytın qaydalarına əməl etməlisiniz. Ancaq bu da bir həqiqətdir ki, bu sektor yalnız stok fotoqrafiya ilə məhdudlaşmamalıdır. Stok videosu da bu sektora daxildir. Yaxşı bir video prodüserisinizsə, videolarınızı stok saytlarına yükləyə bilərsiniz və ya qrafik dizaynersinizsə, və qrafik dizaynerlər üçün faydalı ola biləcək şəkillər hazırlama qabiliyyətiniz varsa, yalnız foto və videoları deyil, həm də qrafik olaraq yükləyə bilərsiniz. İndi texnologiya günü-gündən inkişaf edir və bu inkişafda müəyyən rahatlıqlar üzə çıxır. Stok fotoqrafiya belə texnologiya və asanlığın nəticəsidir. Belə ki, bir çox insanlar artıq stok fotolardan istifadə etməyə öyrəşiblər.

Mənbə: Milliyet.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et