Kennedinin qatili həbsxanada bıçaqlanıb

Kennedinin qatili həbsxanada bıçaqlanıb

Amerikalı senator və prezidentliyə namizəd Robert F. Kennedini qətlə yetirən Serxan Serxana cəza çəkdiyi  həbsxanada hücum olub. O, bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

24media.az-ın məlumatına görə, bu barədə “TMZ” xəbər verib.
75 yaşlı məhbus həbsxananın həyətində mühafizəçilər tərəfindən tapılıb. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.  

Qeyd edək ki, 1968-ci ildə Los-Ancelesdə Robert Kennediyə hücum edən Serxan Serxan ömürlük həbs cəzasına məhkum edilib. O, cəzasını Kaliforniyada Riçard C. Covan həbsxanasında çəkir.