
Qədim yunanlar və romalılarda demans var idimi?
Qədim Yunan və Roma tibbi mətnlərinin təhlili göstərir ki, 2500 il əvvəl qocalıq səbəbindən ağır yaddaş itkisi çox az müşahidə olunurdu.
Qədim dövrlərdə yaşlı insanlar Alzheimer xəstəliyindən əziyyət çəkirdilərmi? Müasir dövrdə demans hallarının artdığını nəzərə alsaq, bu, maraqlı sualdır və yeni bir araşdırma bəzi cavablar təklif edir.
Alzheimerin ən çox yayılmış növü olan demans xüsusi bir xəstəlik deyil, yaddaş itkisi ilə əlaqəli simptomları təsvir etmək üçün istifadə edilən bir termindir. Bu gün epidemiya səviyyəsində baş verir və getdikcə daha çox yayılır. 2020-ci ildə dünyada təxminən 55 milyon insanın demensiya ilə yaşadığı təxmin edilirdi və bu rəqəmin hər 20 ildən bir iki dəfə artaraq 2050-ci ilə qədər 139 milyona çatacağı proqnozlaşdırılır.
Ancaq yeni araşdırmalara görə, bu həmişə belə deyildi. Təxminən 2500 il əvvəl Alzheimer xəstəliyi və buna bağlı demans simptomları olduqca nadir idi.
"Qədim yunanlarda yüngül idrak pozğunluğu kimi bir şey haqqında çox az söz var idi - amma xoşbəxtlikdən biz onları tapa bildik" bunu yeni tədqiqatın ilk müəllifi Kaleb Finch deyir.
“Romalılara qayıdaraq, inkişaf etmiş demensiyanın nadir hallarını təklif edən ən azı dörd ifadəni aşkar etdik. Bunun Alzheimer olub-olmadığını deyə bilmərik. Başqa sözlə desək, qədim yunanlardan romalılara qədər artım olub”.
Eramızdan əvvəl 8-ci əsrdən eramızın 3-cü əsrinə qədər yunan-Roma tibb mətnlərini tədqiq edən Finch və onun həmkarları yaddaş itkisi və demensiya ilə bağlı mətnlər axtarırdılar. Bununla belə, müasir hesablara bənzər hesab edilə biləcək heç bir şey tapmadılar.
Qabaqcıl demensiyaların müasir "epidemiya səviyyəsi" qədim yunan-Roma yaşlıları arasında müəyyən edilməmişdir. Əslində, qədim yunanlar və romalılar 60 yaşdan yuxarı insanlarda intellektual bacarıq gözləyirdilər.
Yüngül yaddaş itkisi qədim yunanlar tərəfindən tanınsa da, Alzheimer xəstəliyini təmsil edə biləcək ciddi pozğunluqlar məlum deyildi. Məsələn, Hippokrat və onun davamçılarının qədim yazılarında yaşlı insanlara təsir edən eşitmə itkisi, başgicəllənmə və həzm problemləri sənədləşdirilmiş, lakin yaddaş itkisi qeyd edilməmişdir.
Əsrlər sonra Romada bir ovuc rekordlar var idi, lakin bu günə nisbətən bunlar hələ də az idi. Filosoflar Qalenin və Yaşlı Plininin əsərlərində yeni şeyləri öyrənməkdə çətinlik çəkdikləri, insanların öz adlarını unutduqları təsvir edilmişdir. Siseron isə qocalığın axmaqlığının məsuliyyətsiz qocalara xas olduğunu, lakin bütün qocalara xas olmadığını ifadə edirdi.
Koqnitiv pozğunluqdakı bu açıq artımı izah etmək üçün tədqiqat müəllifləri bunun yaşlı metropol həyatının bir əlaməti ola biləcəyini təklif edirlər.
"Roma dövründə inkişaf etmiş mərhələlərin (Alzheimer xəstəliyi və əlaqəli demansların) mümkün ortaya çıxması havanın çirklənməsi və qurğuşuna məruz qalmanın artması kimi ətraf mühit faktorları ilə əlaqələndirilə bilər" bunu tədqiqatçılar deyir.
Finçə görə, qurğuşun bişirən qablar, su boruları və hətta qurğuşunlu şərab Roma aristokratları tərəfindən geniş istifadə olunurdu.
Bu gün gördüyümüz demans hallarının partlaması ilə bağlı bu tapıntılar bəzi fikirlər verə bilər. Bu, Roma dövründə olduğu kimi, müasir həyat tərzimiz və mühitlərimizin, o cümlədən oturaq davranışın və havanın çirklənməsinə məruz qalmağın günahkar ola biləcəyini göstərə bilər.
Mənbə : arkeofili. com
Tərcümə etdi : Aysel Aslanova
